Dünya futbolu
"Qarabağ"ın rəqiblərindən 6 qol, PSJ və "Bavariya"dan darmadağın
UEFA Çempionlar Liqasında 3-cü tura yekun vurulub.
Fut…
UEFA Çempionlar Liqasında 3-cü tura yekun vurulub.
Futbolinfo.az xəbər verir ki, ikinci oyun günündə daha 4 qrupda (A, B, C, D) komandalar növbəti oyunlarına çıxıblar.
Günə Bakıda start verilib. Turun saat baxımından daha tez başlayan yeganə oyununda Azərbaycan çempionu “Qarabağ” İspaniyanın “Atletiko” klubu ilə münasibətlərinə aydınlıq gətirib. Qarşılaşmada qapılara qol vurulmayıb və komandamız tarixi nəticəyə imza atıb. Qrupun digər matçında isə “Çelsi” “Roma”nı qəbul edib. Bakıdakından fərqli, Londondakı oyunda əsl “qol yağışı” qeydə alınıb. Tərəflər hərəyə 3 qol vurublar.
A qrupunun lideri “Mançester Yunayted” Portuqaliyada “Benfika”nın qonağı olub və səfərdən qalib qayıdıb. Qrupun digər oyununda ikinci yerin şərikləri ÇSKA və “Bazel” görüşüb. Bu oyunda da qonaqlar sevinən tərəf olublar.
Məhsuldar oyunu ilə diqqət çəkən PSJ bu dəfə Belçikada “Anderlext”lə qarşılaşıb. Parislilər bu oyunda da 4 cavabsız qolla qalib gəliblər. “Bavariya” isə Yupp Haynkesin dönüşündən sonra ilk avrokubok sınağına çıxıb. Münhenlilər evdə “Seltik”lə üz-üzə gəlib və darmadağına sevinib.
D qrupunun favoriti “Barselona” qrupun autsayderi “Olimpiakos”u qəbul edib. Kataloniya təmsilçisi inamlı qələbə ilə mövqeyini möhkəmləndirib. 2-ci pillədə qərarlaşan “Sportinq”i sınağa çəkən “Yuventus” isə çətinliklə qələbə qazanıb.
UEFA Çempionlar Liqası
Qrup mərhələsi
18 oktyabr
A qrupu
“Benfika” (Portuqaliya) – “Mançester Yunayted” (İngiltərə) 0:1
Qol: Reşford, 64.
ÇSKA (Rusiya) – “Bazel” (İsveçrə) 0:2
Qol: Caka, 29. Oberlin, 90.
MY – 9, “Bazel” – 6, ÇSKA – 3, “Benfika” – 0.
B qrupu
“Anderlext” (Belçika) – PSJ (Fransa) 0:4
Qol: Mbappe, 3. Kavani, 44. Neymar, 66. Di Mariya, 88.
“Bavariya” (Almaniya) – “Seltik” (Şotlandiya) 3:0
Qol: Müller, 17. Kimmix, 29. Hummels, 51.
PSJ – 9, “Bavariya” – 6, “Seltik” – 3, “Anderlext” – 0.
C qrupu
“Qarabağ” (Azərbaycan) – “Atletiko” (İspaniya) 0:0
“Çelsi” (İngiltərə) – “Roma” (İtaliya) 3:3
Qol: D.Luis, 11. Azar, 37; 75 – Kolarov, 40. Dzeko, 64; 70.
“Çelsi” – 7, “Roma” – 5, “Atletiko” – 2, “Qarabağ” – 1.
D qrupu
“Yuventus” (İtaliya) – “Sportinq” (Portuqaliya) 2:1
Qol: Pyaniç, 29. Mandzukiç, 84. – Sandro, 12-öz qapısına.
“Barselona” (İspaniya) – “Olimpiakos” (Yunanıstan) 3:1
Qol: Nikolau, 18-öz qapısına. Messi, 61. Din, 64 – Nikolau, 90.
“Barselona” – 9, “Yuventus”, “Sportinq” – 3, “Olimpiakos” – 0.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?