Ölkə futbolu
“Sumqayıt”ın zədəlisi sıraya döndü
Topaz Premyer Liqasının 9-cu turu çərçivəsində &ldq…
Topaz Premyer Liqasının 9-cu turu çərçivəsində “Zirə” ilə qarşılaşacaq “Sumqayıt” bu oyuna hazırlığını davam etdirir.
Futbolinfo.az xəbər verir ki, Samir Abasovun komandası bu gün doğma meydanda növbəti məşqinə çıxıb. “Qəbələ” ilə qarşılaşmada zədələnən Vüqar Bəybalayev artıq hazırlıq prosesinə qatılıb. Bundan başqa, əvəzedici heyətin 3 üzvü də komanda ilə birlikdə çalışıb. Məşqin əvvəlində toplu çalışmalara üstünlük verən “Sumqayıt” hazırlığı ikitərəfli oyunla yekunlaşdırıb.
Qeyd edək ki, “Sumqayıt” – “Zirə” qarşılaşması oktyabrın 21-də keçiriləcək və saat 17:00-da start götürəcək. Oyun “CBC Sport” telekanalı ilə canlı yayımlanacaq.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?