Ölkə futbolu
Çəlikəldən sərt cavab: “Var olsun o hərfləri tutan tərtəmiz əllər”
Türkiyənin məşhur "Sabah" qəzetinin UEFA Çem…
Türkiyənin məşhur "Sabah" qəzetinin UEFA Çempionlar Liqasında təmsilçimiz olan "Qarabağ" klubunun bir neçə azarkeşinin açdığı pankart haqda yazdığı material ölkəmizdə böyük səs-küyə səbəb olub.
Futbolinfo.az xəbər verir ki, "Qarabağ"ın direktoru Əmrah Çəlikəl də bu məsələyə biganə yanaşmayıb. O, "Facebook"dakı hesabından belə bir status yazıb:
“Ən böyük əziklik, Azərbaycan və “Qarabağ”ımızın uğurlarına dəstək olmayıb, öz uğursuzluqlarını görməzdən gəlib, Çempionlar Liqasında hər kəsin təqdirini qazanmış bir camiəyə “əzik” deyə bilməkdi. Mənəviyyatdan xəbəriniz olsaydı, belə səviyyəsiz bir xəbər yazmaz, özünüzü gülünc duruma salmazdınız. Bir türk qəzeti olaraq Qarabağ həqiqətlərini Avropa və dünyaya anlada bilsəydiniz, o zaman əzik olmaqdan qurtularsınız. Tərtəmiz qəlblərlə, tərtəmiz əllərlə, kirlənməsin deyə şəffaf fayla qoyulmuş “QARABAĞ” adı bizim üçün müqəddəsdi. Var olsun o hərfləri tutan tərtəmiz əllər!”
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?