Dünya futbolu
Şotlandiyalı futbolçu 4 illik diskvalifikasiya olundu – dopinqə görə
Şotlandiyanın “Hibernian” klubunun sabiq müdafiə&c…
Şotlandiyanın “Hibernian” klubunun sabiq müdafiəçisi Darren Makkormak Britaniya Antidopinq Agentliyi tərəfindən 4 illik diskvalifikasiya olunub.
Futbolinfo.az xəbər verir ki, buna onun dopinqdən istifadə etməsi səbəb olub. Bu il aprelin 8-də “Hibernian”ın “Brençin Siti”yə qarşı keçirdiyi oyundan sonra sözügedən futbolçudan götürülən dopinq-test müsbət nəticə verib. Bu üzdən də həmin dövrdən bəri aparılan araşdırmalar nəticəsində onun günahı sübuta yetirilib və sərt cəzaya layiq görülüb.
Makkormaka qarşıdakı 4 il ərzində bütün futbol yarışlarında iştirak qadağası qoyulub. 29 yaşlı müdafiəçi bu istəyinə bir də 2021-ci ilin 8 aprelindən sonra çata bilər. Təbii ki, karyerasını başa vurmasa…
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?