Bizi izləyin

Ölkə futbolu

UEFA-dan gələn vəsait və sonrası

UEFA Azərbaycana 426 320 avro əlavə vəsait ayırıb. 

Futb…

blank

UEFA Azərbaycana 426 320 avro əlavə vəsait ayırıb. 

Futbolinfo.az xəbər verir ki, bu məbləğ 2016-2017 mövsümündə Topaz Premyer Liqasında çıxış edən klubların uşaq-gənclər futbolunun inkişafı ilə bağlı layihələrinin maliyyələşdirilməsi məqsədi ilə ödənilib. Keçən mövsüm ölkəmiz Gənclər Liqasının qrup mərhələsində təmsil olunmadığı üçün ayrılan məbləğin miqdarı da az olub. Ancaq bir il əvvəllə müqayisədə bu, daha çoxdu.

UEFA hər il üzv ölkələrin klublarında uşaq futbolunun inkişafı üçün əlavə maliyyə vəsaiti ayırır. Keçən il Azərbaycan üçün bu məbləğ 408 832 avro olub. Ayrılan vəsait UEFA-nın öz bölgüsü əsasında klublara paylanır. Burda bərabərlik prinsipi əsas götürülür. Ötən il bütün klublara eyni – 51 104 avro çatıb. UEFA-nın maliyyəsindən qabağa düşənlər 2015/16 mövsümündə Premyer Liqada iştirak edən 10 klubdan 8-i – “Zirə”, “İnter”, AZAL, “Kəpəz”, “Sumqayıt”, “Neftçi”, “Xəzər Lənkəran” və “Rəvan” olub. “Qəbələ” və “Qarabağ”a isə ödəniş edilməyib. Böyük ehtimalla bu, klubların Avropa Liqasının qrup mərhələsində iştirakı ilə əlaqədar olub. “Qırmızı-qaralar” Gənclər Liqasında yarışdığına görə ayrıca məbləğ əldə edib.

Əlavə maliyyədən yararlanan klublardan ikisi – “Rəvan” və “Xəzər Lənkəran” 2015/16 mövsümündən sonra Premyer Liqada yarışmayıblar. Ancaq bu komandaların aşağı yaş qurpları AFFA-nın təşkil etdiyi liqalarda çıxış edirlər.

Əgər keçənilki qaydada bölgü aparılsa, 426 320 avro vəsait 6 klub arasında bərabər paylanacaq və onların hər birinə təxminən 71 min avro ödənəcək. 6 klubdan biri hazırda I Divizionda yarışan “Şüvəlan”dı. Dağılmış “Xəzər Lənkəran” nümunəsi AZAL-ın varisçisinə bu məbləğin çatacağını deməyə əsas verir.

UEFA-dan maliyyə gəlir, ancaq bu təyinatı üzrə xərclənirmi? 50/70 min avro az məbləğ deyil. Xüsusilə bu, maliyyə çətinliyi yaşayan klublar üçün kifayət qədər yaxşı pul sayılmalıdı. Ancaq görünür, uşaq futbolu üçün ayrılan pul da klubların digər xərclərinin qarşılanmasına sərf edilir. Əgər belə olmasaydı, məsələn, “Kəpəz”in uşaq komandaları torpaq meydançalarda məşq etməzdilər. Bir müddət əvvəl klubların akademiyalarındakı vəziyyəti yoxlayan AFFA Məşqçilər Komitəsinin üzvü Ağasəlim Mircavadov bizimlə söhbətində bu məqamı dönə-dönə təkrarladı.

51 min avroya uşaqların hazırlıq keçməsi üçün bir neçə meydança hazırlamaq olardı. Meydança bir yana, gələn xəbərlərə görə, “Kəpəz”in uşaq komandaları geyinməyə forma tapa bilmir. Klubun öz büdcəsi yoxdu, AFFA-nın əlinə baxır, bəs UEFA-dan konkret adla gələn vəsait hara xərclənir? Niyə federasiya buna nəzarət etmir? Klubların maliyyə hesabatları olmadığı üçün UEFA-nın ayırdığı pulun da nə üçün istifadə olunduğuna dair səhih məlumat yoxdu.

Qitənin ali futbol qurumundan gələn vəsaitin düzgün xərclənməmə nümunəsi təkcə klublarla bağlı deyil. AFFA-nın özü də bunda yanlışlıqlara yol verir. Məsələn, hakimlərin hazırlığı üçün maliyyə göndərilir, ancaq onlar normal toplanış keçə bilmir. Yayda hakimlər ölkə daxilində qısa hazırlıqla kifayətləndilər. Bir müddət əvvəl məlumat əldə etmişdik ki, hakimlərin formaları uzun illərdi ki, dəyişdirilmir. Bildiyimizə görə, bu problem də indiyədək aradan qaldırılmayıb. UEFA-dan isə əlavə pullar gəlməyə davam edir. (Futbolpress)

Reklam

Reklam


blank
Dünya futbolu2024-04-23 01:26

“Sevilya”dan çətin qələbə

blank
Dünya futbolu2024-04-23 01:14

“İnter” – çempion!

blank
Dünya futbolu2024-04-23 00:15

Diniyevlə Şeydayev Türkiyədə qarşılaşdılar

blank
Dünya futbolu2024-04-23 00:04

“Fənərbaxça” “Sivasspor”la matçda xal itirdi

blank
Digər idman növləri2024-04-22 23:13

MEDİA sosial şəbəkə istifadəçilərinə müraciət edib

blank
Digər idman növləri2024-04-22 23:00

Azərbaycanın üç boksçusu AÇ-də günü qələbə ilə başa vurdu

blank
Digər idman növləri2024-04-22 22:36

AÇ: Azərbaycan paraüzgüçüsü gümüş medal qazandı

blank
Digər idman növləri2024-04-22 21:43

Azərbaycan komandası dünya birinciliyində çıxışını başa vurub

blank
Digər idman növləri2024-04-22 20:38

“Azərreyl” ölkə çempionu oldu

blank
Ölkə futbolu2024-04-22 20:19

Lider əsas izləyicisini də məğlub etdi

blank
Dünya futbolu2024-04-22 20:00

“Barselona”nın futbolçusu üçün mövsüm başa çatdı

blank
Dünya futbolu2024-04-22 19:39

Daha 2 sabiq futbolçunun adı Premyer Liqanın Şərəf Zalına daxil edildi

blank
Digər idman növləri2024-04-22 19:18

Azərbaycan boksçusu AÇ-də erməni rəqibini məğlub etdi

blank
I Liqa2024-04-22 19:00

I Liqada növbəti 2 turun proqramı açıqlandı

blank
Əvəzedicilər2024-04-22 18:38

“Neftçi”nin əvəzediciləri xal itirdi, “Sabah-2” qələbə qazandı

blank
Dünya futbolu2024-04-22 18:19

“Udineze”də yeni baş məşqçi

blank
Dünya futbolu2024-04-22 18:01

“Borussiya” keçmiş əməkdaşını geri qaytardı

blank
Digər2024-04-22 17:48

Bakının namizədliyi irəli sürüldü – 2026-cı ildə dünyanın “İdman Paytaxtı” olmaq üçün

blank
Dünya futbolu2024-04-22 17:35

“Real”ın qələbəsini ulduzlar da qeyd etdi

blank
Ölkə futbolu2024-04-22 17:17

“Çox səhvlər etdik”

blank
Dünya futbolu2024-04-22 17:00

Millimizin üzvü “Dinamo”ya qarşı oynadı

blank
Dünya futbolu2024-04-22 16:46

Vinisius “el klasiko”larda ən çox qol vuran braziliyalı futbolçu oldu

blank
Digər idman növləri2024-04-22 16:30

Basketbol Liqasında müntəzəm mövsümün son turunun proqramı açıqlandı

blank
Dünya futbolu2024-04-22 16:14

“Real”ın futbolçusu “el klasiko”nun tarixinə düşdü

blank
Digər idman növləri2024-04-22 15:59

Azərbaycan millisi Avropa Kubokunda dördüncü oldu

blank
Digər idman növləri2024-04-22 15:45

Azərbaycan çempionatı keçiriləcək

blank
Digər idman növləri2024-04-22 15:30

Azərbaycan stolüstü tennisçiləri beynəlxalq yarışlara qatılacaqlar

blank
Digər idman növləri2024-04-22 15:16

MBA ilin nominantlarını açıqladı

blank
Digər idman növləri2024-04-22 15:00

MHL-də 1970-ci ildən bəri bir ilk

blank
Digər idman növləri2024-04-22 14:45

Şahmatda yeni dünya rekordu

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm