Dünya futbolu
Dadaşov qol vurdu, komandası uduzdu
Futbol üzrə Almaniyanın Şimal-Şərq Regional Liqasında 13-c&…
Futbol üzrə Almaniyanın Şimal-Şərq Regional Liqasında 13-cü turun oyunları keçirilib.
Futbolinfo.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq hücumçusu Rüfət Dadaşovun şərəfini qoruduğu “Dinamo” (Berlin) da növbəti matçına çıxıb. Sözügedən kollektiv doğma meydanda “Berliner AK” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 1:2.
Rüfət də bu oyunun iştirakçısı olub. Start heyətdə meydana çıxan Dadaşov sonadək oynayıb. Komandasının yeganə qolunu da 44-cü dəqiqədə penaltini dəqiq yerinə yetirən Rüfət vurub.
"Dinamo" hazırda 25 xalla 18 iştirakçı arasında 2-ci pillədə qərarlaşıb.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?