Dünya futbolu
“Ştutqart”la “Auqsburq”dan darmadağın – VİDEO
Futbol üzrə Almaniya çempionatında 10-cu tura yekun vuru…
Futbol üzrə Almaniya çempionatında 10-cu tura yekun vurulub.
Futbolinfo.az xəbər verir ki, turun ilk oyununda “Maynts” “Ayntraxt”ı qəbul edib. İki qolun qeydə alındığı qarşılaşmada qalib müəyyənləşməyib.
Turun ən maraqlı oyunlarından biri şənbə günü baş tutub. Son çempion “Bavariya” evdə vitse-çempion “Leyptsiq”lə üz-üzə gəlib. Münhen təmsilçisi inamlı qələbəyə sevinib.
"Bavariya"nın çempionluq yolundakı əsas rəqiblərindən olan Dortmund "Borussiya"sı isə səfərdə "Hannover"ə uduzub. "Hamburq" da "Herta" ilə səfər oyunundan məğlub ayrılıb.
"Bayer" doğma meydanda "Köln"ə qalib gəlib. "Şalke" – "Volfsburq" matçında qalib müəyyənləşməyibsə, Münhenqladbax "Borussiya"sı səfərdə "Hoffenhaym"ı məğlub edib.
Son oyun günündə iki görüş baş tutub. Hər iki oyunda 3 qolluq darmadağın qeydə alınıb. "Auqsburq" səfərdə "Verder"ə, "Ştutqart" isə doğma meydanda "Frayburq"a qalib gəlib.
Almaniya Bundesliqası
10-cu tur
27 oktyabr
Maynts – Ayntraxt 1:1
Qol: S.Serdar, 71 – Bell, 37.
28 oktyabr
Bayer – Köln 2:1
Qol: Beyli, 53. Bender, 73 – Girassi, 23.
Hannover – Borussiya (Dortmund) 4:2
Qol: Conatas, 20-pen. Bebu, 40; 86. Klaus, 60 – Zaqadu, 27. Yarmolenko, 52.
Herta – Hamburq 2:1
Qol: Ştark, 17. Rekik, 50 – Arp, 73.
Hoffenhaym – Borussiya (Münhenqladbax) 1:3
Qol: Demirbay, 25 – Azar, 61. Ginter, 79. Vesterqaard, 82.
Şalke – Volfsburq 1:1
Qol: Bentaleb, 43-pen – Oriqi, 90.
Bavariya – Leyptsiq 2:0
Qol: X.Rodriqes, 19. Levandovski, 38.
29 oktyabr
Verder – Auqsburq 0:3
Qol: Qreqoritş, 40; 61. Finnboqason, 45-pen.
Ştutqart – Frayburq 3:0
Qol: Ginczek, 38. Pavard, 45. Terodde, 82.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?