Ölkə futbolu
“Qarabağ”a qalib gələcəyik və hər şey yaxşı olacaq”
“Bu mövsüm ən yaxşı oyunumuzu “Roma”ya …
“Bu mövsüm ən yaxşı oyunumuzu “Roma”ya qarşı keçirmişik. Hər kəs şahid oldu ki, biz qələbə qazanmağa layiq idik. Ancaq silahımızı aşağı salmayacağıq”.
Futbolinfo.az xəbər verir ki, bu sözlər Madrid “Atletiko”sunun sağ cinah müdafiəçisi Xuanfrana məxsusdu. “Qarabağ”ın Çempionlar Liqasındakı rəqibi İspaniya La Liqasının 10-cu turunda öz meydanında “Vilyarreal”la heç-heçə (1:1) edib. Qarşılaşmadan sonra yerli mətbuata fikrini bildirən Xuanfran hücum xəttinə lazımi dəstəyi vermədiklərini söyləyib. İspaniya millisinin üzvü “Qarabağ”la sabahkı matçla bağlı isə iddialı danışıb:
“Hesabı açdığımız bir çox oyunda qələbə qazanmışıq. “Vilyarreal”la son görüşdə də qalibiyyətə layiq çıxış etmişdik. Hücumçularımıza geridən dəstək verməliyik. Onların oyundan-oyuna daha yaxşı olmaq üçün necə çalışdıqlarını görürük. Sabah “Qarabağ”a qalib gələcəyik və ondan sonra hər şey daha yaxşı olacaq”.
Qeyd edək ki, “Atletiko” – “Qarabağ” qarşılaşması “Vanda Metropolitano” stadionunda keçiriləcək.