Premyer-liqa
“Neftçi” 447 gündən sonra ilk yarıda
Topaz Premyer Liqasının 10-cu turu “Neftçi”nin tu…
Topaz Premyer Liqasının 10-cu turu “Neftçi”nin turnir cədvəlinin 4-cü pilləsinə yüksəlməsi ilə əlamətdar oldu.
Futbolinfo.az xəbər verir ki, Azərbaycanın ən titullu klubu uzun fasilədən sonra cədvəlin yuxarı yarısında qərarlaşıb.
Son illər uğursuz çıxış edən “ağ-qaralar” sonuncu dəfə ilk “dördlük”də ötən mövsümün startında qərarlaşmışdı. 2016/17 mövsümünə AZAL üzərində 2:0 hesablı qələbə ilə başlayan paytaxt klubu I turdan sonra şərikli liderlərdən biri olub.
Avqustun 8-də başa çatan turdan 447 gün sonra “Neftçi” yenə turnir cədvəlinin ilk yarısında yer alıb. İndiki nəticə bakılıların 8 komandalı Premyer Liqanın ilk “dördlüy”ündə olduğu 2-ci hadisədi.
Düzdü, ilk turdan sonrakı turnir cədvəli heç də ciddi qəbul olunmur. Ötən mövsümün startındakı cədvəli saymasaq, “Neftçi”nin ilk 4 pillədən birində qərarlaşmasına sonuncu dəfə 2015/16 mövsümünün IV turundan sonra təsadüf olunub. Həmin vaxt – 2015-ci il sentyabrın 13-də başa çatan turdan sonra “Neftçi” 4-cü pillədə qərarlaşmışdı.
Qeyd edək ki, “Neftçi” “Sumqayıt”ı 2:1 hesabı ilə məğlub etdikdən sonra 4-cü pilləni rəqibindən alıb. 13 xala malik bakılılar top fərqinə görə sumqayıtlıları arxada qoyub. (Apasport)