Dünya futbolu
“Beşiktaş”dan səfər qələbəsi – VİDEOLAR
Futbol üzrə Türkiyə çempionatında 11-ci tura yekun…
Futbol üzrə Türkiyə çempionatında 11-ci tura yekun vurulub.
Futbolinfo.az xəbər verir ki, turun ilk oyununda lider “Qalatasaray” “Gənclərbirliyi”ni qəbul edib. 6 qolun qeydə alındığı görüşdə "sarı-qırmızılar" darmadağına seviniblər.
İkinci oyun günündə "Fənərbaxça"nın səfərdə "Osmanlıspor" üzərində qələbəni son anda əldən verməsi diqqətçəkən olub. "Trabzonspor" da "Kayserispor"la bacarmayıb. "Kasımpaşa" – "Bursaspor" matçında qapılara 4 qol vurulsa da, bu oyunda da qalib müəyyənləşməyib. Günün yeganə qalibi "Karabükspor"u məğlub edən "Antalyaspor" olub.
“Beşiktaş” isə bazar günü “Göztəpə”nin qonağı olub. Son çempion çətin səfərdən inamlı qələbə ilə dönüb. Son günün digər oyunlarında "Alanyaspor"la "Başakşəhər" də səfərdə qələbə qazanmağa nail olub. "Sivasspor" isə doğma meydanda "Konyaspor"u məğlub edib.
Türkiyə Super Liqası
11-ci tur
3 noyabr
Qalatasaray – Gənclərbirliyi 5:1
Qol: Mariano, 7. Maykon, 43. Qomis, 46; 81-pen. T.Cigerçi, 50 – Şkekiç, 84.
4 noyabr
Kasımpaşa – Bursaspor 2:2
Qol: Eduok, 32. Mensah, 37 – E.Ersoy, 89. Behiç, 90.
Kayserispor – Trabzonspor 0:0
Antalyaspor – Karabükspor 2:1
Qol: Etoo, 4; 65 – Yatabare, 60.
Osmanlıspor – Fənərbaxça 1:1
Qol: Umar, 89 – Julyano, 7.
5 noyabr
Akhisar – Alanyaspor 0:4
Qol: Fernandes, 8; 35. Akbaba, 57. Lav, 76.
Yeni Malatyaspor – Başakşəhər 0:2
Qol: Adebayor, 22. Erdinc, 90.
Göztəpə – Beşiktaş 1:3
Qol: Gilas, 66 – Taliska, 7. Babel, 47. C.Tosun, 53.
Sivasspor – Konyaspor 2:1
Qol: Kone, 16-pen; 58 – Şkubiç, 8-pen.
–
–