Bizi izləyin

Ölkə futbolu

Media Komitəsi, yoxsa Media və İctimaiyyətlə Əlaqələr Komitəsi?

2 il öncə yaradılan AFFA yanında Media Komitəsi hazırda form…

blank
2 il öncə yaradılan AFFA yanında Media Komitəsi hazırda formal fəaliyyət göstərir. Elektron KİV-ə dəstək devizi ilə yaradılan, amma sonradan yalnız büdcənin bölüşdürülməsinə xidmət edən mexanizmə çevrilən MK bu gün heç bir nüfuza malik deyil.
 
Əsasnamədəki qüsurlar, eyni zamanda prinsiplərin düzgün müəyyənləşdirilməməsi üzündən aparıcı KİV-lərin kənarda qaldığı bu qurum hazırda statist rolunu oynayır, hadisələrə müdaxilə gücü yoxdur, işlərin planlaşdırması, istiqamətlərin müəyyənləşdirilməsi baxımından da oyundankənar vəziyyətdədi. AFFA-nın maliyyə dəstəyindən də doğru istifadə olunmur vəsadəcə, bəzi sayt və qəzetlərin süni şəkildə yaşadılmasına xidmət edir.
 
Halbuki bu komitə vasitəsilə böyük işlər görmək, mətbuatın dirçəlməsinə, eyni zamanda futboldakı problemli məsələlərin qabardılıb, həll edilməsinə nail olmaq mümkündü. Görünür, niyyət təmiz deyil, AFFA bu komitə vasitəsi ilə yalnız bir sıra KİV-ləri özündən asılı vəziyyətdə saxlamaq, müəyyən maliyyə qarşılığında susdurmaq niyyəti güdür. Elə olmasaydı, mlaiyyə ayırdığı qurumun daha aktiv fəaliyyətində maraqlı olardı.
 
Komitəyə daxil olmayan (futbolinfo.az, fanat.az, sport7.az və s.) və ora üzv olub, sonradan geri çəkilən (apasport.az) bəzi KİV-lərin narazı qaldığı əsas məqam komitənin AFFA yanında fəaliyyət göstərməsidi. Düşünürük ki, jurnalist birlikləri müstəqil olmalıdı, hansısa quruma hesabat verməməlidi. Lakin AFFA rəhbərliyi mətbuata yardımı yalnız bu şərtlərlə ayırır və bu da məqsədlidi. Halbuki…
 
…Yaxınlarda əlimizə maraqlı bir sənəd keçdi. Sən demə, bu tipli jurnalist birliyinin yaradılması təşəbbüsü “Neftçi”yə məxsus imiş. Daha doğrusu, AFFA-nın baş katibi Elxan Məmmədov “Kəpəz”, Sumqayıt” və “Neftçi” rəhbərliyi ilə qapalı görüş zamanı belə bir ideyanı ortaya atıb, bakılılar isə daha cəld tərpənərək, konkret layihə ilə gündəmə gəlib.
 
Aşağıda tanış olacağınınz layihəyə nəzər saldıqdan sonra əmin olacaqsız ki, “Neftçi”nin təklifi daha mütərəqqi imiş. Amma AFFA onu deyil, özünün hökmranlığını, diqtəsini təmin edəcək variantı əsas götürüb.
 
“Neftçi” PFK-nın Müşahidə Şurasının sədri
Çingiz Abdullayev tərəfindən
AFFA-nın Baş katibi
cənab Elxan Məmmədova
 
Hörmətli Elxan müəllim!
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə son günlərdə dövlət və digər ictimai təşkilatların şəffaf fəaliyyəti prosesi sürətlənməyə başlamışdır. 
“Neftçi” PFK-da Müşahidə Şurasının yaradılmasından sonra, şura üzvləri ilə birlikdə həyat prinsiplərimizi rəhbər tutaraq üzərimizə düşən vəzifəni yüksək səviyyədə icra etməklə bu hərəkatın önündə addımlamağa çalışırıq. 
Bu proseslər çərçivəsində AFFA-nın tərkibində “Media və İctimai Əlaqələr Komitəsi”nin yaradılmasdı ilə bağlı layihəni tərəfinizdən baxılması üçün Sizə təqdim edirik. Fikrimizcə bu layihə Azərbaycan futbolunda şəffaflığa və kütləviləşməyə böyük təkan verəcək.
Təqdim etdiyimiz layihə təsdiq olunacağı təqdirdə “Neftçi” PFK onun müddəalarının həyata keçirilməsində fəal şəkildə iştirak etməyə hazırdır. 
 
“Neftçi” PFK-nın Müşahidə Şurasının üzvləri adından
Müşahidə Şurasının sədri
Çingiz Abdullayev
 
 
LAYİHƏ
(Media və İctimaiyyətlə Əlaqələr Komitəsi)
Qurumun “Media Komitəsi” deyil, “Media və İctimaiyyətlə Əlaqələr Komitəsi” adlandırılmasında əsas məqsəd, keçmiş və hazırda fəaliyyətdə olan idman jurnalistləri ilə yanaşı, digər sahələrdə öz sözünü demiş futbolla maraqlanan insanları da buraya cəlb etməkdir.
Bununla yanaşı MK (Məşqçilər Komitəsi) AFFA-nın tərkibində artıq mövcuddur və yeni yaradılacaq qurumun MİK (Media və İctimaiyyətlə Əlaqələr Komitəsi) adlandırılması eyni adın təkrarlanmasının qarşısını alacaq.
Əsas vəzifələr:
•             KİV və futbol institutları arasında effektiv əməkdaşlığı koordinasiyasi (AFFA, PFL, futbol klubları, fan-klublar və s. buraya daxildir)    
Komitənin inkişafı üçün tövsiyyə nümunələri:
•             Klublar və KİV arasında yeni əməkdaşlıq mexanizminin tətbiq edilməsi
•             Klublara layihələ əməkdaşlığı prosesində “baner reklamı”ndan imtina etmək tövsiyyə olunması
•             Ən yaxşı analitik məqalə üçün aylıq mükafatın təsis olunması. Müsabiqənin ilk mərhələsində mövzu olaraq milli komanda və yeni istifadəyə verilmiş təlim-məşq bazasının istismarı seçilə bilər. Bununla yanaşı əvvəldən müəyyən olunmuş tarixlərdə müsabiqələrin təşkili mümkündür. Məsələn, yanvar ayında Azərbaycan klublarının “Birlik Kuboku”nda iştirakı ilə bağlı məqalə müsabiqəsi elan etmək olar. Fevral ayında A. Banişevskinin doğum günü ilə bağlı müsabiqə və s.
•             KİV vasitəsilə futbolun daha güclü təbliği üçün müxtəlif layihələrin həyata keçirilməsinə görə büdcənin yaradılmasını klublara tövsiyyə etmək
•             Klublar, futbolçular və jurnalistlər arasında mövcud problemlərin həllinə yardımçı olmaq. Futbolçu Cavid Hüseynovun məsələsində olduğu kimi gələcəkdə yarana biləcək hər hansı münaqişələrdən yayınmaq istiqamətində işlər aparmaq.
•             Şuraya mətbuatla bağlı vaxtında məlumat verməklə “reket jurnalistikası” ilə məşğul olan dairələrin müəyyən olunması və onların fəaliyyətinin məhdudlaşdırılması istiqamətində tədbirin görülməsi.
•             Klub-mətbuat-ictimaiyyət üçlüyünün arasındakı münasibətlərin inkişafına təkan verə biləcək yeni ideyaların müzakirəsi üçün Klublar Komitəsi ilə mütəmadi görüşlərin təşkil olunması
•             Komanda ruhu və əməkdaşlıq mədəniyyətinin təbliği üçün müxtəlif turnirlərin təşkil olunması. Məsələn, futbol jurnalsitləri arasında mini futbol turnirinin təşkili. (Qalib komandanın Avropa qitəsi üzrə keçirilən analoji yarışda iştirakını təmin etmək). Belə ki, hər il Avropada idman jurnalistləri arasında çempionat keçirilir. Hazırda bu çempionatda iştirakla bağlı dəvət müvəqqəti qurum olaraq fəalliyyət göstərən AİJA-ya (Azərbaycan İdman Jurnalistləri Assosiasiyası) göndərilir. Adı çəkilən yarış çox faydalı və maraqlı tədbirdir və bu turnirə Bakı da ev sahibliyi edə bilər.
•             Futbol institutlarının azarkeşlər və futbol ictimaiyyəti ilə faydalı və daimi uzlaşdırılmış əlaqəsini təmin etmək.
•             Klubların əsas fəaliyyət istiqamətlərindən biri də müasir şəraitdə son texnologiyalar və mobil internetin köməyi ilə azarkeşlər arasında sıx əlaqələrin qurulmasıdır.
•             Müxtəlif sosial şəbəkələrin və internet platformalarının imkanları ilə müasir təcrübənin tətbiq edilməsi və müəyyən standartların yaradılması. (Məsələn, hər hansı klubun sosial şəbəkələrdəki rəsmi səhifə adminstratorunun qeyri-etik davranışı klubun ictimai nüfuzuna böyük xələl gətirə bilər) 
•                 Hər bir klubun ayrı-ayrılıqda nüfuzunun yüksəlməsi üçün klubların səyini birləşdirmək. Bu istiqamətdə klubların mütəşəkkil fəaliyyəti ümumilikdə Azərbaycan futbolunun kütləviləşməsinə və nüfuzuna müsbət mənada təsir göstərəcək.
•             Xüsusi diqqət fan-klublarla aparılan işə yönləndirmək, onların fəaliyyəti stimullaşdırmaq və fan-klublara 20 yaşdan daha gənclərdən başqa, qadınlar və yetkinləşmiş insanları cəlb etmək.
•             Klublarla birgə azarkeşlərin stadiona cəlb olunması üçün xüsusi planın hazırlanması və onun tətbiqinə nail olmaq.
 
Təhsil funksiyası
 
•             “İdman Jurnalistikası Akademiyası” proqramının təsis edilməsi. Proqram çərçivəsində idman jurnalistləri üçün kursların və məşğələlərin təşkil olunması
 
Nümunə:
•             Komitənin himayəsi ilə jurnalistlər və klublar üçün seminarların təşkil olunması. Bu gün Azərbaycan futbolunda jurnalistlər klublara qarşı düşmən mövqedə təmsil olunurlar və futbolçular da öz növbəsində mətbuatla ünsiyyətdən yayınırlar. Avropada idman jurnalistikasında dəsti-xətti olan mütəxəssislər klub nümayəndələrinə və futbolçulara media ilə düzgün əlaqələrin qurulması yollarını və bundan faydalanmaq üsullarını izah edəcəklər.
•             “Futbolda PR menecer məktəbi” proqramının təsis edilməsi. Proqram çərçivəsində futbol funksionerləri üçün piar sahəsində və sosial şəbəkələrdə nüfuzun idarə olunmasına dair kurs və məşğələlərin təşkili.
•             Avropada fəaliyyət göstərən analoji qurumlarla əlaqələrin yaradılması və təcrübə mübadiləsi
 
Komitə heyətinin təşkili üçün təklif
 
Komitədə təkcə fəaliyyətdə olan jurnalsitlər deyil, müxtəlif sahələrdən insanlar təmsil olunmalıdır.
Reklam

Reklam


blank
Dünya futbolu2024-04-28 22:22

İsgəndərli Türkiyədə növbəti qələbəsinə sevindi

blank
Premyer-liqa2024-04-28 21:55

“Sumqayıt” “Qarabağ”a qalib gəldi

blank
Əvəzedicilər2024-04-28 21:28

“Sabah”ın əvəzediciləri “Səbail”ə məğlub oldu

blank
Premyer-liqa2024-04-28 20:50

“Qırmızı vərəqə matçın taleyini həll etdi” – Ayxan Abbasov

blank
Premyer-liqa2024-04-28 20:33

“Turan Tovuz”un hədiyyə olmadığını anlayırdıq” – Bojoviç

blank
Premyer-liqa2024-04-28 20:19

“Neftçi”dən “Turan Tovuz”a 3 cavabsız qol – VİDEO

blank
Dünya futbolu2024-04-28 19:56

Diniyevli “Ümraniyəspor” səfərdə uduzdu

blank
Premyer-liqa2024-04-28 19:37

“Neftçi” “Turan Tovuz”a böyük hesabla qalib gəldi

blank
Premyer-liqa2024-04-28 19:00

Adil Şükürov: “Qəbələ” Premyer Liqada qalmalıdır” – VİDEO

blank
Premyer-liqa2024-04-28 18:44

Sxadadze: “Bu, mövsümün çox oyunlarına aiddir” – VİDEO

blank
Premyer-liqa2024-04-28 18:33

“Qəbələ” “Kəpəz”ə belə uduzdu – VİDEO

blank
Digər idman növləri2024-04-28 18:18

Azərbaycan Basketbol Liqasında müntəzəm mövsüm yekunlaşdı

blank
Digər idman növləri2024-04-28 17:53

Azərbaycan atletləri Türkiyədə medallar qazanıblar

blank
Premyer-liqa2024-04-28 17:24

“Qəbələ” “Kəpəz”ə yenə uduzdu

blank
Ölkə futbolu2024-04-28 17:10

Abbasova 300 nömrəli forma təqdim olundu

blank
Milli komanda2024-04-28 16:00

Millimiz Tacikistana qalib gəldi

blank
Digər idman növləri2024-04-28 15:12

“Gəncə”nin baş məşqçisi mövsümün son oyununu şərh etdi

blank
Premyer-liqa2024-04-28 14:50

“Kəpəz”də üç itki

blank
Digər idman növləri2024-04-28 14:37

Azərbaycan avarçəkəni Yay Olimpiya Oyunlarına lisenziya qazanıb

blank
Dünya futbolu2024-04-28 14:05

Rahil Məmmədovun komandası darmadağına üzüldü

blank
Digər idman növləri2024-04-28 13:41

Azərbaycan cüdoçularıdan Telavidə 3 medal

blank
Əvəzedicilər2024-04-28 12:51

Əvəzedicilərin yarışında 32-ci turun təyinatları müəyyənləşdi

blank
Digər idman növləri2024-04-28 11:59

“Avropa çempionu olmaq xəyalım idi” – Hacıyev

blank
Dünya futbolu2024-04-28 11:33

“Çelsi”nin keçmiş baş məşqçisi “Portu”nun prezidenti seçildi

blank
Digər idman növləri2024-04-28 11:00

Azərbaycan cüdoçularından tarixi uğur

blank
Milli komanda2024-04-28 10:44

Millimiz Tacikistanla üz-üzə

blank
Premyer-liqa2024-04-28 09:31

“Kəpəz”lə “Qəbələ”nin 28-ci dueli

blank
Premyer-liqa2024-04-28 09:10

Premyer Liqada bu gün daha 3 oyun keçiriləcək

blank
Digər idman növləri2024-04-28 08:51

İbrahim Əliyev İspaniyada 3-cü oldu

blank
Ölkə futbolu2024-04-28 08:34

“Neftçi” azarkeşləri ilə barışdı

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm