Ölkə futbolu
“Qəbələ”dən Türkiyədə daha iki qələbə
Türkiyədə təşkil olunan “Limra Cup” turnirində n…
Türkiyədə təşkil olunan “Limra Cup” turnirində növbəti qarşılaşmalar keçirilib.
Futbolinfo.az xəbər verir ki, “Qəbələ”nin 11 yaşadək futbolçulardan ibarət komandası bu gün iki matçda qüvvəsini sınayıb. “Qırmızı-qaralar” öncə Azərbaycanın digər təmsilçisi “Vətən”lə üz-üzə gəlib. Rüstəm Məmmədovun baş məşqçisi olduğu komanda 1:0 hesabı ilə qalib gəlib. Həlledici qolu Ömər Kərimov vurub.
Günün digər matçında “Qəbələ” Rusiya “Lokomotiv”i ilə qarşılaşıb. “Qırmızı-qaralar” bu görüşdə də eyni hesabla qələbə qazanıblar – 1:0. Ömər Ağababayevin qolu “Qəbələ”nin ardıcıl 5-ci qələbəsini rəsmiləşdirib.
Bunadək “Manavqatspor”a 10:0, “BD Spor”a 4:0, “Kəmər Kartalları”na 6:0 hesabı ilə qalib gələn “Qəbələ” xal hesabını 15-ə çatdırıb. Turnirin lideri olan komanda sabah son matçını keçirəcək. “Qırmızı-qaralar” 4 oyunda 12 xal toplayan “Beşiktaş”la üz-üzə gələcək.
Xatırladaq ki, 7 komandanın iştirak etdiyi turnir dairəvi sistemlə keçirilir.