Dünya futbolu
Məşhur futbolçu fırıldaqçılığın qurbanı oldu
Futbol üzrə Polşa yığmasının və Almaniyanın “Bavari…
Futbol üzrə Polşa yığmasının və Almaniyanın “Bavariya” klubunun hücumçusu Robert Levandovski fırıldaqçıların qurbanı olub.
Futbolinfo.az “Bild”ə istinadən xəbər verir ki, təcrübəli futbolçu göz xərçəngindən əziyyət çəkən bir uşağın müalicəsi üçün 23,5 min avro ödəyib. Lakin sonradan məlum olub ki, əslində bu, fırıldaqçıların uydurmasıdı.
Onlar internet vasitəsilə elanlar yayaraq göz xərçənginə tutulan bir körpə uşağın ABŞ-da müalicəsinin mümkünlüyünü iddia ediblər və insanlardan kömək istəyiblər. Bu kələyə inananlardan biri də Levandovski olub. Fırıldaqçılar isə aradan çıxmağı bacarıblar.