Dünya futbolu
Azarkeşlərdən etiraz: Bu klubda çıxış etməyini istəmirik!
Fransanın “Olimpik” (Marsel) klubunun azarkeşləri Avrop…
Fransanın “Olimpik” (Marsel) klubunun azarkeşləri Avropa Liqasının qrup mərhələsi çərçivəsində “Gimaraynş”la səfər oyunundan öncə fanata təpiklə zərbə endirən klubun müdafiəçisi Patris Evraya etiraz edib.
Futbolinfo.az xəbər verir ki, tərəfdarlar Liqa 1-in “Kan”la ev oyununda “Sən özünü azarkeşlərdən yüksəkdə görürsən. Artıq bu klubda çıxış etməyini istəmirik. Get!” sözləri yazılmış pankart açıblar.
Evra isə sosial şəbəkədə verdiyi mesajda klubun bir çox azarkeşinin onu dəstəklədiyini bildirib.
Xatırladaq ki, “Gimaraynş”la oyundan öncə azarkeşə təpiklə zərbə endirən Evra, klub rəhbərliyinin göstərişi ilə əsas komandadan kənarlaşdırılıb.