Ölkə futbolu
“Sumqayıt” “Qarabağ”la oyuna itkilərlə hazırlaşır
Topaz Premyer Liqasının növbəti turunda səfərdə "Qarab…
Topaz Premyer Liqasının növbəti turunda səfərdə "Qarabağ"la qarşılaşacaq "Sumqayıt" hazırlığını davam etdirir.
Futbolinfo.az xəbər verir ki, Samir Abasovun rəhbərlik etdiyi komanda bu gün saat 11:00-da "Kapital Bank Arena"da növbəti məşqini keçirib.
Komanda tam heyətlə hazırlaşa bilmir. Belə ki, 4 futbolçu – Süleyman Süleymanov, Xəyal Nəcəfov, Ehtiram Şahverdiyev və Bəhlul Mustafazadə U-21 heyətində yer aldığı üçün hazırlığa nisbətən gec qatılacaq. Bundan başqa, zədəli olan Cavid Tağıyev və xəstə olan Amil Yunanov da bu günki məşqdə iştirak etməyib. Əvəzedici komandanın 7 futbolçusu isə əsas heyətə qoşulub. Məşqdə daha çox toplu çalışmalara üstünlük verən komanda hazırlığı kiçik meydançada iki tərəfli oyunla yekunlaşdırıb.
Qeyd edək ki, "Qarabağ" – "Sumqayıt" oyunu noyabrın 17-də keçiriləcək.
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-25 17:10
Klublar çətin vəziyyətdə: AFFA yardımları dondurub
- Ölkə futbolu2024-04-26 08:00
Juninyo – Avropanın ən yaxşı braziliyalısı