Dünya futbolu
UEFA 7 aylıq cəza verdi, klubdan qovuldu
UEFA Fransanın “Olimpik” (Marsel) klubunun müdafiə&…
UEFA Fransanın “Olimpik” (Marsel) klubunun müdafiəçisi Patris Evranın cəzasını açıqlayıb.
Futbolinfo.az xəbər verir ki, Avropa Liqasının qrup mərhələsinin 4-cü turu çərçivəsində Portuqaliyada keçirilən “Gimaraynş”la səfər oyunundan öncə meydançanın kənarında dayanmış bir azarkeşə təpiklə zərbə endirən təcrübəli futbolçu buna görə birbaşa qırmızı vərəqə ilə meydandan qovulmuşdu. UEFA-nın qərarı isə daha sərt olub. Belə ki, qitə futbol qurumu futbolçunu 7 aylıq avrokuboklarda oynamaqdan məhrum edilib.
Evranın cəzası bununla da bitməyib. Hadisədən dərhal sonra onu əsas komandanın heyətindən kənarlaşdıran Marsel klubu UEFA-nın bu gün açıqladığı qərardan sonra futbolçu ilə müqaviləni birtərəfli qaydada ləğv edib.
- Ölkə futbolu2024-04-30 09:15
“Qarabağ” Avropada 2-ci yeri bölüşdürür
- Ölkə futbolu2024-04-30 15:31
Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib
- Ölkə futbolu2024-04-29 20:00
“Baku Sportinq”dən növbəti darmadağın
- Ölkə futbolu2024-04-29 14:17
II Liqada 23-cü turun təyinatları müəyyənləşdi