Dünya futbolu
İngiltərə – Almaniya matçında heç-heçə, Braziliyadan qələbə
Dünyanın yaşıl meydanlarında milli komandalar arasında yoxla…
Dünyanın yaşıl meydanlarında milli komandalar arasında yoxlama oyunları həyəcanı davam edir.
Futbolinfo.az xəbər verir ki, ötən gecə daha bir neçə maraqlı görüş baş tutub.
Braziliya yığması Yaponiya ilə qarşılaşıb. Dörd qolluq qarşılaşmada braziliyalılar inamlı qələbəyə seviniblər.
Böyük maraqla gözlənilən İngiltərə – Almaniya matçında hesab açılmayıb. Gecənin ən bol qollu matçı olan Belçika – Meksika qarşılaşmasında da qalib müəyyənləşməyib.
Fransa yığması Uels üzərində inamlı qələbəyə sevinibsə, Portuqaliya da Səudiyyə Ərəbistanına qalib gəlib.
Qonşu Gürcüstan yığması Kipri, Ukrayna isə Slovakiyanı məğlub yola salıb.
Yoxlama oyunları
10 noyabr
Cənubi Koreya – Kolumbiya 2:1
Çin – Serbiya 0:2
Yaponiya – Braziliya 1:3
Gürcüstan – Kipr 1:0
BƏƏ – Haiti 0:1
Ukrayna – Slovakiya 2:1
Belçika – Meksika 3:3
Polşa – Uruqvay 0:0
İngiltərə – Almaniya 0:0
Fransa – Uels 2:0
Portuqaliya – Səudiyyə Ərəbistanı 3:0
- Ölkə futbolu2024-04-30 09:15
“Qarabağ” Avropada 2-ci yeri bölüşdürür
- Ölkə futbolu2024-04-30 15:31
Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib
- Ölkə futbolu2024-04-29 20:00
“Baku Sportinq”dən növbəti darmadağın
- Dünya futbolu2024-04-29 18:32
Palladino iddialı komandadan dəvət gözləyir