Bizi izləyin

Ölkə futbolu

Tərlan Əhmədovun gücənməsi

“Neftçi”də yenə işlər tərs gedir. Ardıcıl 4 …

blank
“Neftçi”də yenə işlər tərs gedir. Ardıcıl 4 qələbə seriyası indi yerini məğlubiyyətlərə verib. 2 yenilgi bakılıların durumunu analiz etməyə imkan yaradır.
 
Tərlan Əhmədov baş məşqçi postuna gələndə də 2 ardıcıl məğlubiyyət görmüşdü. O zaman “Zirə”ylə “Qəbələ” çalışdırıcının siftəsini korlamışdı. Amma Əhmədov futbolçuları toparlaya və “İnter”, “Kəpəz”, “Səbail” kimi aşkar autsayderləri yenə bildi. “Sumqayıt”la oyunda bəlli oldu ki, rəqiblərin səviyyəsi “Neftçi”nin nəticələrini də müəyyən edir. Məhz “Sumqayıt” daha “diri” rəqib idi və paytaxt klubu az qala büdrəyəcəkdi. Qonaqların qapıçısı Fərhad Vəliyevin son dəqiqədəki səhvi seriyanın davamına səbəb oldu.
 
Amma yenidən “Zirə” və “Qəbələ”ylə oyunlar sıralanınca “Neftçi”nin potensialı bəlli oldu. Zəifləri asanlıqa yenən bakılılar məhz özlərindən yuxarıda olan bu komandalarla görüşlərdə yenidən xalsız qaldı.
 
İnsaf naminə, “Neftçi”  mövsümün əvvəlindəki komanda deyil. Tərlan bəyin məşqçi işi – Elxan Abdullayevlə, Vəli Qasımovla müqayisədə – görünür. Heyətə, imkanlara və rəqiblərə uyğun olaraq, o, mümkün olan qədər yaxşı nəticəyə nail olur. Yəni, o, ümumiyyətlə, məşqçilikdən xəbəri olmayan Abdullayev deyil, əlindəki materialdan imkan qədər yaxşı istifadə edir. Futbolçularla davranışı, onları motivasiya etmək qabiliyyəti də yerindədi. Elə 4 qələbə də bunun sayəsində reallaşıb. “Zirə” və “Qəbələ” kimi rəqibləri yenmək üçün həm də geniş heyətin olmalıdı.
 
Bununla belə, Əhmədov o vaxt çox yaxşı məşqçi olardı ki, nisbətən zəif heyətlə daha güclü rəqibi yensin. Əldəki oyuna görə nəticə qazanılacaqsa, turnir cədvəli gərək büdcələrə görə müəyyənləşərdi. Əsl məşqçi məğlubiyyətdən sonra komandanı toparlaya biləndi. Tərlan bəy isə “Zirə”ylə görüşdən sonrakı ikihəftəlik fasilədə də bunu bacarmadı.
 
Və indi o, səbəb axtarır. “Qəbələ”ylə dünənki oyundan sonra verdiyi açıqlamalar çətin vaxtda səbəb axtarmağa, günahı başqalarının boynuna yıxmağa çalışmağa bənzəyir. Adətən böyük məşqçilər belə etmir, məsuliyyəti üzərinə götürür, səhvləri komanda daxilində müzakirəyə çıxarır.
 
Əhmədov deyir: “Təzə gələndə demişdim ki, məni narahat edən məsələlərdən biri komandanın tam hazır olmamasıdı. Həyəcan təbili çalınmışdı ki, hardasa laxlama olacaq. Ardıcıl iki məğlubiyyət göstərir ki, hazırlıq dövrü bizi ola bilsin, hələ çox məyus etsin. Bu oyuna görə futbolçulara təşəkkür düşür. Səhvlərdən qollar buraxdıq. Rəqib futbolçuların fərdi keyfiyyətlərinin də təsiri oldu. Yaxşı oyunla məğlub olduq. Təməldə çox şey var. İlk növbədə funksional hazırlıq durur ki, bu da yoxdu. Ardıcıl 4 qələbədən sonra düşünürdüm ki, əvvəlki dövrə qayıdacaq. Çünki komandada psixoloji hazırlıq dönəmi olmamışdı”.
 
Bu, sabiq baş məşqçi Elxan Abdullayevin ünvanına atılan daşdı. Tərlan bəy haqlıdı, həqiqətən sələfi bərbad bir komanda qoyub gedib. Amma qələbələr sıralananda bu, yada düşmürdü. Ümumiyyətlə, Əhmədov hər dəfə bu sualdan yayınmağa çalışırdı. “Xilaskar məşqçi” eyforiyası əriməyə başladıqca o, çabalayır, günahkar axtarır. “Zirə” ilə oyun ola bilsin, bunun nəticəsiydi, bəs, hazırlaşmaq üçün 2 həftə vaxt qazandığınız “Qəbələ” matçı? Yəni, taktiki cəhətdən Roman Qriqorçuka məğlubiyyəti görmədiyimimizi sanır?
 
Tərlan bəy oyun zamanı hirslənməsinin səbəbini izah edir: “İlk qoldan əvvəl top rəqib oyunçudan çıxsa da, künc zərbəsi verildi. Mən hər zaman top olan istiqamətə baxıram. Bunu da açıq-aşkar gördüm. Fasilədə də videotəkrara baxıldı. Bu etiraza da haqqımız var”.
 
O da düzdü, Tərlan bəy. Hətta “Qəbələ”nin penaltisi də şübhəli idi. Amma görəsən, niyə mətbuat konfransında hakimlərdən şikayət etmədiz? Ramin Musayevdən ehtiyatlanırsız? Hər necə olsa, Peşəkar Futbol Liqasının prezidenti sizə “çörək verib”, bu vəzifəyə təyinatınızın səbəbkarı olub, özünüz də etiraf etmisiz. İndi hamını günahlandırıb, onun adını çəkməyə qorxursuz? Day-dayın xətrinə dəymək istəmirsiz, amma əminəm ki, daha bir məğlubiyyət alsaz, onu da, rəhbərliyi də, sizi qəhrəmana çevirən futbolçuları da ayağınızın altına alacaqsız. Sizin məntiqinizlə, səhvi olmayan bircə elə sizsiz.
 
“Futbolinfo”da Elnur Cəfərovun cəzalanmasıyla bağlı bir xəbər getmişdi. Bütün xəbərlərimizin doğru olduğunu deyən Tərlan bəy nədənsə o xəbərdə ilişib-qalıb.  Belə ki, biz Elnurun onsuz da zədəli olduğunu, cəzalanmağının bir bəhanə olduğunu yazmışdıq: “Onunla ilk görüşüm olanda Elnur üzr istədi. Amma ikinci məsələdə kimisə debata çağırması məsələsinin yalan olduğunu bildirdi. Amma mən onu cəzalandırdım. Qərarı verəndə onun zədəli olub-olmadığını bilmirdim. Demişdim ki, yazın, Elnur cəzalanır. Amma mətbuatda başqa şey yazırlar”.
 
Əhmədovun konkret sayt ad çəkməsi debata səbəb oldu. Çünki Elnurun 6 min manatlıq maaş almasından narazı olan məşqçi özünün gətirəcəyi oyunçulara yer açmaq üçün onsuz da çoxdan belə bəhanə axtarırdı. Və dünən bəyan etdi ki, Cəfərov 99 faiz qovulacaq. Sadəcə, “Futbolinfo”nun adını çəkməsi bir az da bizi günah sahibi etməyə cəhd göstərməsinə oxşayır.
 
Bu səbəbdən sual-cavabı biz davam etdirdik və Əhmədovun çarpaz suallardan qəzəbləndiyi, müdafiə olunmaq üçün GÜCƏNDİYİ hiss olundu.
 
– Hazırlığın qaydasında olmamasını bildirməklə nə demək istəyirsiz? Komandanın mövsümün əvvəlində tam formalaşmamasının günahı kimdədi: normal məşq keçməyən Elxan Abdullayevdə, yoxsa heyətin komplektləşməsinə nəzarət edə bilməyən rəhbərlikdə?
– Futbolçunu rəhbərlik yox, məşqçilər yığır. Burda tək günah Elxan Abdullayevdə deyil. Məşqçilər korpusu var. Limit məsələsində olan budu. Vaxtında düzgün strategiya qurulsaydı, bu gün o problemi yaşamazdıq.
 
– Barqas və Errera ilə yeni müqavilə imzaladız. Onları isə əvvəlki baş məşqçi gətirib…
– Onlarla mən müqavilə imzalanmasını istəmişəm. Futbolçunu məşqçilər heyəti götürür. Hamını göndərsəm, yeni komandanın anlaşması üçün nə qədər vaxt tələb olunur. Onlarla və Rəhman Hacıyevlə müqavilə müddətinin uzadılmasını istədim.
 
– Ehtiyatda qalan futbolçularla qışda yollarınızı ayıracaqsınız?
– Qərarı artıq yazmısınız. Bu məlumatı sizə kimin çatdırdığını bilirəm. Elə kubdandı. Kimin gedəcəyi yanvarın 4-dən sonra bəlli olacaq.
 
Bir az sıxışan kimi, yenə başqa nələrsə axtarmağa başladı. Əvvəlcə bizim ən düzgün xəbəri yazdığımızı bildirdi, daha sonra hansısa “xəbərçatdıran” axtarışına çıxdı. Halbuki Pavel Dreksa, Daniel Seqoviya, Mateo Mujek və başqalarını gedəcəyini bilmək üçün kimdənsə xəbər gözləmək lazım deyil. Soyuq başla analiz etmək və oynadılmayan bu oyunçuların yola salınacağını ehtimal etmək kifayətdi.
 
O ki qaldı klubdan xəbərçatdırana, belə biri varsa, bu, bizim jurnalist bacarığımızdı, satqın tapmışıq və ondan faydalanırıq. Və satqınlar özbaşınalığın, elə satqınlığın baş alıb getdiyi yerlərdə olur. Bir gün xəbərçatdıran axtarmaqla, bir gün qruplaşmadan danışmaqla iş olmur, Tərlan bəy. Oturun, işinizlə məşğul olun, mətbuatı müzakirəyə çıxarmayın. Jurnalistlər sizə layiq olduğunuzdan da artıq dəstək verib. Elə indi də veririk. Qışdan sonra, özünüz yığacağınız heyətin nəticələri bəlli olanda danışmalı çox mövzumuz olacaq.
 
FƏRİD
 
P.S.: Əhmədova kömək olması üçün deyək ki, onun Namiq Ələsgərovu meydana buraxması səhv addım idi. Qriqorçuk Monrozu oyuna buraxıb, təcrübəsiz Anton Krivotsyuka təzyiqi artırdı, onun səhvlərini çoxaltdı və 2-3-cü qollar məhz onun cinahından vuruldu. Tərlan bəy isə effektli Erreranı əvəzləyib Namiqi oyuna buraxmaqla təhlükəli cinah reydlərini azaltdı. Məğlubiyyətin səbəbi Elxan Abdullayevin zəif hazırlıq prosesində, rəhbərliyin yersiz transferlərində və həm də belə mənasız əvəzləmədə idi.
 
P.P.S.: Ramin Musayevə de, 1-2 yaxşı legioner tapsın. Zatən, sizi bu kluba yerləşdirməkdə əsas məqsədlərdən də biri də bazarlıq üçün şərait yaratmaqdı.
Reklam

Reklam


blank
Dünya futbolu2024-04-25 01:13

“Mançester Yunayted” qalib gəldi, “Liverpul” uduzdu

blank
Digər idman növləri2024-04-25 00:40

Azərbaycanın daha bir boksçusu AÇ-də yarımfinala yüksəldi

blank
Dünya futbolu2024-04-25 00:21

“Trabzonspor”dan ilk oyunda çətin qələbə

blank
Digər idman növləri2024-04-24 23:57

“Sabah” müntəzəm mövsümü zirvədə tamamladı

blank
Ölkə kuboku2024-04-24 23:14

“Komanda olaraq yetərincə yaxşı müdafiə olunmuruq” – Bojoviç

blank
Ölkə kuboku2024-04-24 23:00

“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov

blank
Ölkə futbolu2024-04-24 22:45

“Sabah” bölgələrdə seçimlərə başlayır

blank
Ölkə kuboku2024-04-24 22:31

“Qarabağ”ı finala çıxaran növbəti darmadağın – VİDEO

blank
Ölkə kuboku2024-04-24 22:17

“Qəbələ”də 300-cü oyun

blank
Dünya futbolu2024-04-24 22:02

Xavi qalsa, Silvanın transferini istəyəcək

blank
Ölkə kuboku2024-04-24 21:48

“Qarabağ” “Neftçi”yə yenə 4 qol vurdu, finala çıxdı

blank
Dünya futbolu2024-04-24 21:45

“Milan” vidalara hazırlaşır

blank
Ölkə futbolu2024-04-24 21:30

Sərxan Hacıyev məşqçi seçməyə gedib

blank
Digər idman növləri2024-04-24 21:12

“Ferrari” komandasının adı rəsmən dəyişdi

blank
Ölkə kuboku2024-04-24 20:53

“Bizi çox gərgin sonluq gözləyir” – Rəşad Sadıqov

blank
Ölkə kuboku2024-04-24 20:44

“Belə durumda olmağımız əzabvericidir” – Sxadadze

blank
Ölkə futbolu2024-04-24 20:30

Orxan vəziyyətin dəyişəcəyinə inanır

blank
Ölkə kuboku2024-04-24 19:27

“Zirə”ni finala daşıyan inamlı qələbə – VİDEO

blank
Ölkə kuboku2024-04-24 18:50

“Zirə” finalda!

blank
Digər idman növləri2024-04-24 18:28

Azərbaycan çempionatında sərbəst güləş yarışı başa çatdı

blank
Digər idman növləri2024-04-24 17:44

AVF ilə GVF arasında memorandum imzalandı

blank
Digər idman növləri2024-04-24 17:17

Azərbaycan avarçəkəni Türkiyədə iki medal qazanıb

blank
Ölkə futbolu2024-04-24 16:38

Region Liqasının final oyununun yeri müəyyənləşib

blank
Ölkə futbolu2024-04-24 16:19

Naxçıvan Futbol Federasiyasının sabiq baş katibi vəfat edib

blank
Digər idman növləri2024-04-24 16:01

Azərbaycan avarçəkənləri Avropa Olimpiya Təsnifat Reqatasında iştirak edəcəklər

blank
Digər idman növləri2024-04-24 15:46

Azərbaycan tennisçisi Belçikada bürünc medal qazandı

blank
Ölkə kuboku2024-04-24 15:30

“Qəbələ”də iki itki

blank
Dünya futbolu2024-04-24 15:14

Teves xəstəxanaya yerləşdirildi

blank
Layihə2024-04-24 15:00

İdman və düzgün qidalanma

blank
Müsahibə2024-04-24 14:45

“Sumqayıt”ın legioneri: “Bu heyət bizə bəs etməyəcək”

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm