Ölkə futbolu
8500 azarkeş önündə ən acı məğlubiyyət
Topaz Premyer Liqasında XIII turu stadiondan izləyən azarkeş sayı…
Topaz Premyer Liqasında XIII turu stadiondan izləyən azarkeş sayı bəlli olub. Turun rekordu Gəncədə qeydə alınıb. 8500 azarkeş şəhər stadionunda “Kəpəz”in “Qəbələ”yə tarixi ərzində ən acı ev məğlubiyyətinin (1:6) canlı şahidi olub.
“Zirə” ilə “Qarabağ” arasındakı mərkəzi oyunu (2:3) 1200 tamaşaçı izləyib. “Neftçi” – “Keşlə” matçı (3:1) isə ən az fanat yığan qarşılaşma olub. Bu oyunda tribunalarda cəmi 600 azarkeş olub.
Sumqayıtda eyniadlı komanda ilə “Səbail”in qarşılaşmasını (0:0) isə 1326 tamaşaçı izləyib.
Ümumilikdə turun 4 oyununu 11626 azarkeş izləyib ki, bu da, orta hesabla hər oyuna 2907 tamaşaçı deməkdi.
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-25 17:10
Klublar çətin vəziyyətdə: AFFA yardımları dondurub