Bizi izləyin

Müsahibə

Pedro Enrike: “70 min insanın qarşısında oynamaq başqa hisdi”

“Qarabağ”ın braziliyalı yarımmüdafiəçisi …

blank

“Qarabağ”ın braziliyalı yarımmüdafiəçisi Pedro Enrike ölkəsinin mətbuatına müsahibə verib.

Futbolinfo.az xəbər verir ki, “futebolnaveia.com.br” saytına danışan futbolçu həm Ağdam klubundakı karyerasından, həm də Çempionlar Liqasındakı çıxışından bəhs edib.

– 5 ilə yaxındır ki, Braziliyadan kənardasınız. Bu müddət ərzində inkişafınızı necə dəyərləndirirsiniz?
– Avropaya erkən yollandım. Əslində belə bir imkanım olduğu üçün özümü xoşbəxt sayıram. Çünki Avropa karyeram mənə həm meydanda, həm də meydandan kənarda çox şey öyrətdi.

– “Qarabağ” Çempionlar Liqasının qrupunda çıxış edən ilk Azərbaycan klubudur və bu komandanın turnirdə ilk qoluna sən imza atmısan. Özünü necə hiss edirsən?
– Bu, bizim əsas məqsədimiz idi. Təəssüf ki, həmin oyunda qələbə qazana bilmədik. Amma 70 min insanın qarşısında oynamaq başqa hissdir. Karyeramın ən vacib məqamlarından biri idi. Həmin anları heç vaxt unutmaram.

– “Qarabağ” son illərdə planetin ən güclü komandalarından hesab olunan “Atletiko”ya qarşı 2 yaxşı oyun sərgilədi. Bunun sirri nədədir?
– Bu, bizim Çempionloar Liqasında oynadığımız 2 ən yaxşı matç idi. “Atletiko” nəticələrə görə təzyiq göstərir, qalib gəlmək istəyirdi. Biz də bundan istifadə etdik və oyunu bərabərləşdirdik. Cavab oyununda isə qalib gələ bilərdik. Oyunun gedişində hesabı 2:0 edib, hər şeyi bitirə bilərdik. Ancaq rəqib cərimə meydançasının kənarından gözəl qolla hesabı bərabərləşdirdi. Mən meydandan qovulduqdan sonra isə üstünlüyü ələ aldılar. Fikrimcə, qırmızı vərəqə ədalətli qərar olmadı. Çünki top arxamda idi. Geri döndüm ki, topu havada götürüm, bu vaxt Qodin özünü yetirdi və başını uzatdı. Təcrübəsindən də istifadə edib yerə yıxıldı, hakim də mənə qırmızı vərəqə göstərdi. Bu, mənim Çempionlar Liqasında ən yaxşı oyunum idi. Həmin görüşdə komandamız çox yaxşı oynadı. Xoşbəxtlikdən rəqib 2-ci topu vura bilmədi. Əks halda özümü günahkar hiss edərdim. Ancaq istənilən halda bu futboldur. UEFA birbaşa qırmızı vərəqəyə görə mənə 2 oyunluq cəza verdi. Bu isə mənim üçün Çempionlar Liqasında qrup mərhələsinin bitməsi deməkdir. Amma çox sevinirəm ki, əvvəlki 4 oyunda meydana çıxdım. İlk dəfə Çempionlar Liqasında oynamaq xüsusi hissdir. Bu, böyük komandalara qarşı fərqli mübarizə, fərqli atmosferdir. Əlbəttə ki, heç vaxt unudulmayacaq qədər.

– Necə düşünürsən, “Qarabağ” növbəti mövsümdə də Çempionlar Liqasına düşməyi arzulaya bilər?
– Niyə də olmasın?! Son 4-5 ildə “Qarabağ” Azərbaycanda çox üstünlük qazanıb. Demək olar ki, bütün kubokları əldə edib. Burada Çempionlar Liqasına düşmək digər ölkələrdən fərqlənir. Çünki pley-offa qədər 3 seçmə mərhələ keçməlisən. “Qarabağ”da belə bir mentalitet var ki, ən azı Avroliqanın qrupunda mübarizə aparır. Bu komandada hər şey yaxşı təşkil olunub. Yaxşı strukturu, akademiyası var.  Bu komanda dünya futbolunda ən yüksək səviyyədə təmsil olunmağa layiqdir.

– Başqa komandalara keçmək üçün təkliflər varmı?
– Mənim PAOK-la 2020-ci ilə qədər müqaviləm var. “Qarabağ”la icarə müqaviləm 2018-ci ilin mayında başa çatacaq. “Qarabağ”ın məni birdəfəlik transfer hüququ var. Ancaq bəzi məsələlər var ki, mən dəqiq nəsə deyə bilmərəm. Mənim bütün transfer hüquqlarım PAOK-a məxsusdur. Son qərarı onlar verəcəklər.

– Bəs Azərbaycan çempionatı hansı səviyyədədir?
– Çempionatda əcnəbi futbolçu doludur. Hətta kiçik komandalarda da  legioner var. Mən bir neçə oyunda meydana çıxmışam. Çünki baş məşqçi ölkədaxili oyunlarda fərqli heyətlərə şans verir. İdeal “11-liy”i isə Çempionlar Liqasının oyunlarında meydana buraxır. Premyer Liqada oynamaq imkanım elə də çox olmur. Burada daha çox texnikalı futbola üstünlük verirlər. Azərbaycan çempionatı ilə bağlı digər məqam isə stadionların bir çoxunun süni örtüklü olması ilə əlaqədardır. Azarkeşlər oyunlara gəlmirlər. Buna baxmayaraq, burada oynamaq xoşdur.

– Azarkeşlərin stadiona gəlməməsinə səbəb nədir?
– İki fərqli vəziyyət var. Biz Çempionlar Liqasında oynayanda Bakı Olimpiya stadionuna 70 min adam toplaşır. Çünki digər komandaların azarkeşləri də “Qarabağ”ı dəstəkləməyə gəlir. Böyük bir arenada çıxış edirik. Azərbaycan çempionatının oyunları isə daha kiçik arenalarda keçirilir. Düzdür, bizim müasir stadionumuz var, amma kiçikdir. Orada cəmi 3-4 min tərəfdar toplaşır. Lakin hamısı dəyərlidir. Fanatların çoxu futbol ehtirası olan gənclərdir. (qol.az)

Reklam

Reklam


blank
Dünya futbolu2024-04-29 01:52

PSJ-nin 12-ci çempionluğu rəsmiləşdi

blank
Dünya futbolu2024-04-29 01:27

“Sevilya” səfərdə xal itirdi

blank
Dünya futbolu2024-04-29 01:01

“İnter”dən növbəti qələbə

blank
Dünya futbolu2024-04-29 00:44

“Arsenal” və “Mançester Siti”dən səfər qələbəsi

blank
Dünya futbolu2024-04-29 00:25

“Borussiya” evdə xal itirdi

blank
Dünya futbolu2024-04-28 23:38

“Trabzonspor”dan əzmkar qələbə

blank
Premyer-liqa2024-04-28 23:16

“Qarabağ” “böyük beşlik” komandalarından geri qalmır”

blank
Premyer-liqa2024-04-28 23:00

“Sumqayıt”a qarşı pis oynamadıq” – Qurban Qurbanov

blank
Premyer-liqa2024-04-28 22:51

“Sumqayıt” “Qarabağ”a belə qalib gəldi – VİDEO

blank
Dünya futbolu2024-04-28 22:43

Sərtan oynadı, komandası səfərdən 1 xalla qayıtdı

blank
Dünya futbolu2024-04-28 22:31

Şeydayevin komandasından inamlı qələbə

blank
Dünya futbolu2024-04-28 22:22

İsgəndərli Türkiyədə növbəti qələbəsinə sevindi

blank
Premyer-liqa2024-04-28 21:55

“Sumqayıt” “Qarabağ”a qalib gəldi

blank
Əvəzedicilər2024-04-28 21:28

“Sabah”ın əvəzediciləri “Səbail”ə məğlub oldu

blank
Premyer-liqa2024-04-28 20:50

“Qırmızı vərəqə matçın taleyini həll etdi” – Ayxan Abbasov

blank
Premyer-liqa2024-04-28 20:33

“Turan Tovuz”un hədiyyə olmadığını anlayırdıq” – Bojoviç

blank
Premyer-liqa2024-04-28 20:19

“Neftçi”dən “Turan Tovuz”a 3 cavabsız qol – VİDEO

blank
Dünya futbolu2024-04-28 19:56

Diniyevli “Ümraniyəspor” səfərdə uduzdu

blank
Premyer-liqa2024-04-28 19:37

“Neftçi” “Turan Tovuz”a böyük hesabla qalib gəldi

blank
Premyer-liqa2024-04-28 19:00

Adil Şükürov: “Qəbələ” Premyer Liqada qalmalıdır” – VİDEO

blank
Premyer-liqa2024-04-28 18:44

Sxadadze: “Bu, mövsümün çox oyunlarına aiddir” – VİDEO

blank
Premyer-liqa2024-04-28 18:33

“Qəbələ” “Kəpəz”ə belə uduzdu – VİDEO

blank
Digər idman növləri2024-04-28 18:18

Azərbaycan Basketbol Liqasında müntəzəm mövsüm yekunlaşdı

blank
Digər idman növləri2024-04-28 17:53

Azərbaycan atletləri Türkiyədə medallar qazanıblar

blank
Premyer-liqa2024-04-28 17:24

“Qəbələ” “Kəpəz”ə yenə uduzdu

blank
Ölkə futbolu2024-04-28 17:10

Abbasova 300 nömrəli forma təqdim olundu

blank
Milli komanda2024-04-28 16:00

Millimiz Tacikistana qalib gəldi

blank
Digər idman növləri2024-04-28 15:12

“Gəncə”nin baş məşqçisi mövsümün son oyununu şərh etdi

blank
Premyer-liqa2024-04-28 14:50

“Kəpəz”də üç itki

blank
Digər idman növləri2024-04-28 14:37

Azərbaycan avarçəkəni Yay Olimpiya Oyunlarına lisenziya qazanıb

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm