Ölkə futbolu
Samir Əliyevin etirafı
Topaz Premyer Liqasının 14-cü turunda evdə “Zirə”…
Topaz Premyer Liqasının 14-cü turunda evdə “Zirə”yə uduzan (0:1) “Səbail”in baş məşqçisi Samir Əliyev oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb. O, əvvəlcə oyunla bağlı fikirlərini bildirib:
– Evdə ilk oyunumuz idi. İstəyirdik yaxşı nəticə qazanaq. Komandalar arasında səviyyə fərqi özünü göstərdi. “Zirə” bizi hərtərəfli üstələdi. Hesabın kiçik olmasına baxmayaraq, rəqibdən hər cəhətdən geri qaldıq.
– Eqdaras Jarskis son oyunlarda yaxşı təsir bağışlamır. Matç zamanı da bir neçə dəfə ona etiraz etdiz. Onun komandadakı gələcək taleyi necə olacaq?
– İndi bu barədə heç nə deyə bilmərəm. Qış fasiləsində dəqiq qərar verəcəm. Qarşıda “Qəbələ” ilə iki oyunmuz var.
– Ümumiyyətlə, qış fasiləsi ilə bağlı planlarınız hazırdı, yoxsa “Qəbələ” ilə kubok oyunlarını gözləyirsiz?
– “Qəbələ” ilə oyunlardan sonra qış planlarımızı dəqiqləşdirəcəyik. Ancaq belədə, özüm üçün müəyyən şeyləri dəqiqləşdirmişəm.
– Komandadan neçə nəfər gedəcək?
– Hələ tam müəyyənləşdirməmişəm.
– Bu gün komanda gözlədiyiniz yerdədi?
– Mövsümün əvvəlində bu barədə heç düşünməmişdik. Kimləri heyətə cəlb edə bilirdiksə, etdik. Məqsədimiz qapazaltı olmamaq idi. Hansı yeri tutmaq barədə düşünmürdük.
– Bu gün komandanın nəticələrini qənaətbəxş saymaq olar?
– Bu gün “Kəpəz”i, “Keşlə”ni üstələyiriksə, qənaətbəxş saymaq olar. Əsas məqsədimiz Premyer Liqada qalmaqdı (komanda.az)
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”