Ölkə futbolu
Prosineçkini yox, onu seçdilər
Sloveniya yığmasının yeni baş məşqçisinin adı rəsmən …
Sloveniya yığmasının yeni baş məşqçisinin adı rəsmən müəyyənləşib. Robert Prosineçkinin də namizədlər sırasında olduğu bu posta yerli mütəxəssis gətirilib.
Sloveniya Futbol Assosiasiyasının qərarına əsasən, milli Tomaj Kavçiçə həvalə olunub. 64 yaşlı çalışdırıcı ilə AÇ-2020-nin seçmə mərhələsinin sonuna qədər nəzərdə tutulmuş müqavilə imzalanıb.
Bu barədə açıqlama verən assosiasiyanın prezidenti Radenko Miyatoviç bildirib ki, Prosineçki də daxil olmaqla, digər mütəxəssislərlə də danışıq aparılıb. O, yekunda verilən qərardan razı qalıb: “Ay yarımlıq müzakirələrdən sonra Kavçiç yeni baş məşqçi təyin olundu. Təbii ki, bu məni razı saldı. Yerində verilmiş, yaxşı qərardı. Kavçiç Sloveniya futboluna yaxından bələd olan şəxsdi. O, uzun illər gənclərdən ibarət yığmanı çalışdırıb. Bu baxımdan əsas milliyə baş məşqçi təyin olunması məntiqli qərardı. Bəli, çoxlu mütəxəssislə danışıqlar gedirdi. Lakin yekunda Kavçiç variantını üstün tutduq”.