Ölkə futbolu
Simeone: "Romada nə baş verəcəyini düşünməməliyik"
"Romada nə baş verəcəyini düşünməməliyik. Biz ya…
"Romada nə baş verəcəyini düşünməməliyik. Biz yalnız öz oyunumuza baxmalıyıq. Çempionlar Liqasında qalmaq üçün əlimizdən gələni edəcəyik. Möhtəşəm komandaya qarşı oynayacağıq. Onlar qrup birincisi olmağa layiqdirlər" – bu sözləri "Atletiko"nun baş məşqçisi Dieqo Simeone Çempionlar Liqasının qrup mərhələsinin sonuncu turunda "Çelsi" ilə oyun öncəsi deyib.
Argentinalı mütəxəssis London klubu ilə görüşün asan keçməyəcəyini bildirib: "Ancaq qələbə haqda düşünməliyik. Çünki başqa yolumuz yoxdur. "Roma” qalib gəlsə, qrupdan çıxmaq münasibəti ilə onları və "Çelsi”ni təbrik edəcəyik”.