Ölkə futbolu
“Çelsi” qalib gəlib, lider oldu
Bu gün UEFA Gənclər Liqasında VI tura start verilib. Çe…
Bu gün UEFA Gənclər Liqasında VI tura start verilib. Çempionlar yolunda qrup mərhələsində mübarizə aparan “Qarabağ”ın qrupunda daha bir görüş baş tutub.
C qrupunun ikinci oyununda “Çelsi” “Atletiko”nu qəbul edib. Görüş londonluların 4:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Bu nəticə ilə xalını 15-ə yüksəldən “Çelsi” qrupu lider kimi tamamlayıb. Madrid təmsilçisi isə ikinci olub. “Atletiko” ilə eyni – 9 xal toplamış “Roma” üçüncü, 3 xalı olan “Qarabağ” isə sonuncu pillədə qalıb.
Qeyd edək ki, qrupun digər matçında “Qarabağ” səfərdə “Roma”ya uduzub – 0:3.
- Ölkə futbolu2024-04-16 13:19
AFFA-da fırtınaqabağı sakitlik: maliyyə yoxlaması davam edir
- Ölkə futbolu2024-04-17 10:49
12 komandalı çempionat: necə etməli?
- Ölkə futbolu2024-04-17 09:23
Mirzov “Neftçi”dən ayrılır: Premyer Liqadan təklifləri var
- Milli komanda2024-04-17 12:23
Yığmamızın baş məşqçi postuna isveçrəli namizəd