Ölkə futbolu
Şərəfli vida
“Qarabağ” üçün, deməli, həm də ö…
“Qarabağ” üçün, deməli, həm də ölkəmiz üçün avrokubok mövsümü bitdi. Yenə də yeni ili görmədik, amma hətta buralara gəlmək də böyük uğur idi.
Ağdam klubu Çempionlar Liqasını qələbəsiz, amma şərəflə başa vurdu. 2 heç-heçə ilə “Atletiko”nu büdrədən komandamız faktiki qrupun xəritəsini çəkdi. Burada qazanılan xalların isə misli yoxdu.
“Qarabağ” İtaliyadan da başıuca dönür. Pedro Enrike, Rəşad Sadıqov, Ansi Aqolli, Tarik Elyunussi, Bədavi Hüseynovun yoxluğuna rəğmən, komandamız “Roma” qarşısında layiqli mübarizə apardı. 0:1-i xalla bitən oyuna çevirmək üçün bir az təcrübə, bir o qədər də güc çatmadı. Amma “Qarabağ” ləyaqətlə mübarizə apardı, hücumda inadkar, müdafiədə və qapıda etibarlı, yarımmüdafiədə inamlı oldu.
Qurban Qurbanov kasad heyətdən maksimum döyüşkən “11-lik” formalaşdırmışdı. Oynadılar, büdrədilər, davam etdilər və ÇL-in qapısını möhkəm də olmasa, çırpdılar. Bütün mövsümə görə komandaya təşəkkür düşür. Şərəfli vida idi.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”
- Ölkə futbolu2024-04-23 08:00
“Səbail” “Sabah”a uduzsa…