Ölkə futbolu
Kintana nəticədən razıdı
"Oyun bərabər səviyyədə keçdi, olduqca güclü…
"Oyun bərabər səviyyədə keçdi, olduqca güclü rəqibə qarşı mübarizə apardıq" – bu sözləri "Qarabağ"ın futbolçusu Dani Kintana deyib.
Ağdam klubu Çempionlar Liqasının qrup mərhələsinin sonuncu turunda səfərdə "Roma"ya minimal hesabla (0:1) məğlub olub. Oyundan sonra sualları cavablandıran ispaniyalı fikirlərini bildirib: "Bizim də qol vurmaq üçün şanslarımız olsa da, təəssüf ki, bundan istifadə edə bilmədik. Hesab edirəm ki, "Roma"ya qarşı layiqli mübarizə apara bildik".
Yarımmüdafiəçi "Qarabağ"ın çətin qrupdan üzüağ çıxdığını hesab edir: "Qrupumuz olduqca səviyyəli, rəqiblərimiz əzəmətli, Avropada adlarından söz etdirmiş komandalar idi. “Köhnə qitə” bu komandaları yaxşı tərəfdən tanıyır. Bunların hər birini nəzəra alsaq, bizim nəticəmiz əladı".
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə futbolu2024-04-23 08:00
“Səbail” “Sabah”a uduzsa…
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”