Ölkə futbolu
Əfran məmnundu
“Roma” ilə oyundan sonra “Qarabağ”ın yarım…
“Roma” ilə oyundan sonra “Qarabağ”ın yarımmüdafiəçisi Əfran İsmayılov jurnalistlərin suallarını cavablandırıb.
Futbolinfo.az xəbər verir ki, futbolçu öncə oyunu dəyərləndirib: “Çempionlar Liqasındakı son oyunumuz olduğunu bilirdik və yaxşı nəticə ilə qayıtmaq istəyirdik. Məğlubiyyətə baxmayaraq, pis mübarizə aparmadıq. Amma “Roma” elə “Romadır! Elə oyunçuları var ki, əlinə düşən ən xırda şansı da boşa vermirlər. Bu oyunu unudub qarşıdakı matçlara köklənməliyik”.
Yarımmüdafiəçi qrup mərhələsindəki ümumi çıxışı da dəyərləndirib: “Ümumi götürəndə yaxşı nəticə hesab eləmək olar. Avropanın nəhəng komandaları ilə qarşılaşdıq. “Atletiko” kimi komandadan xallar ala bildik. Yaxşı çıxış etdik”.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”