Bizi izləyin

Ölkə futbolu

Baş məşqçiyə uzun müddət şans verilməlidir?!

Bu sual, mövzu elə uzun müddətdir ki, futbol ictimaiyyəti…

blank

Bu sual, mövzu elə uzun müddətdir ki, futbol ictimaiyyəti arasında müzakirə olunur. Qurban Qurbanovun timsalında nümunə göstərilir, müxtəlif arqumentlər gətirilir. Bundan istifadə edən məşqçilər də özlərinə bəraət qazanmağa çalışırlar…

Dərin təhlillər aparılmalıdır. Azərbaycan futbolunun ən böyük problemlərindən biri elə problemlərə üzdən yanaşmaqdır.

Dünyada əsasən iki kateqoriyalı klublar mövcuddur. Köklü, tarixi ənənəsi, formalaşan oyun üslubu olan daimi lider klublar və başqaları. Dünya çapında nəhəng klublardan tutmuş ölkə miqyasında olan bütün klublara qədər…

Lider klublar eksperiment məkanı deyil. Ola da bilməz. Belə klublar tarixinə uyğun idarə olunmalı, fəlsəfəsinə, ruhuna görə məşqçi, futbolçular seçilməli, yetişdirilməlidir. "İmprovizasiya" məkanı ikinci dərəcəli klublarda ola bilər…

Məşqçilər formalaşmış peşəkar psixologiyaya malikdir. 70-80%-i komandanın qələbə, heç-heçəsindən çox görüşdən sonra mətbuat konfransında "məğlubiyyəti kimin üstünə atım" düşüncəsilə oyuna çıxır. "Məğlubiyyətlərin günahkarı mənəm" deyən çoxmu məşqçi görmüsüz? Məsuliyyətdən qaçmaq məşqçilərin peşəkar vərdişidir. Klublarda zəif idarəçilik olanda isə bu "vərdiş" pik nöqtəyə çatır. Lider klubları zirvədə saxlamaq üçün işini bacaran lider rəhbərlər, məşqçilər, futbolçular lazımdır.

Gələk yuxarıda qeyd etdiyim məsələyə. Qurban Qurbanova uzun müddət ona görə şans verilib ki, başladığı məşqçilik karyerasının ilk vaxtlarından potensialını göstərməyə başlayıb.

Hətta "Neftçi"də çalışdığı ilk ilində də sona kimi çempionluq uğrunda mübarizə aparıb.

"Qarabağ"da isə p.-offlar yaşaya-yaşaya, bürünc, gümüş medallar qazanaraq sonda çempionluq, qruplar, Ç.L.-n tarixi uğurunu qazanıb. Çətinliklər görərək, istefalar eşidərək, püxtələşə-püxtələşə milliyə qədər yüksəlib… Qırılma nöqtəsi də ola bilərdi. Xatırlayıram, 2012-ci ildə "Neftçi"nin tarixi uğuru fonunda "Qarabağ" 4-cü yerlə kifayətləndi və Avroliqaya vəsiqə belə qazana bilmədi. Həqiqətən "Qarabağ" sponsorları, Qurban Qurbanov üçün çətin dönəm idi. Ya tamam, ya davam dilemması ilə qarşı-qarşıya dayanmışdılar. Baş məşqçi ciddi təzyiqlər, rəhbərliyin inamsızlığını görsəydi, özü də istefa verə bilərdi. Doğru analizlər, ictimaiyyətin dəstəyi (istəməyənlər də var idi) kritik nöqtəni aşmağa imkan verdi. İndiki uğurların təməli 5 il öncə atılmış oldu. Buna görə də ilk növbədə "Qarabağ" sponsorlarına xüsusi təşəkkür düşür.

Və bu boşuna verilən qərar deyildi. Çalışdığı dönəmdə "Qarabağ" heç vaxt ortabab, autsayder rolunda olmayıb. Hər mövsüm stabil olaraq liderlər arasında mövqeyini qoruyurdu. Uğursuzluqdan isə heç kim sığortalanmayıb. Əsas odur ki, bu uğursuzluqlar davamlı olmasın. Belə olsaydı, Qurban Qurbanovu heç kim bağışlamazdı və üzün müddət şans verilməzdi…

"Neftçi" də çalışdığım 5 il ərzində Bakıda, Quzanlıda 30 yaxın prinsipial, barışmaz, çempionluq, kubok uğrunda oyunlarımız oldu. Görüşlərdə məğlubiyyət, qələbə, heç-heçələr də olub. Qurban Qurbanov bir dəfə də olsun uğursuzluqlara bəhanələr gətirməyib, öz səhvləri üzərində çalışıb. Məşqçilərin bacarığı tək fiziki, taktiki, nəzəri biliklərlə kifayətlənməməlidir. Sponsor, rəhbərlik, rəqiblər, ictimaiyyət, azarkeş, media ilə əlaqələr, psixoloji yanaşma, ünsiyyət çox vacibdir. Qeyd etdiklərim lider məşqçilərin formalaşmasında mütləq amildir.

"Məşqçilərə uzun müddət şans verilməlidir" ifadəsi, fikirləri şablonluqdan uzaq olmalıdır.

Bu fərdi məsələdir və kütləvi olaraq hər məşqçiyə şamil oluna bilməz. Aparıcı klublarda çalışmaq böyük bacarıq, istedad, əzmkarlıq, geniş təfəkkür tələb edir. Yuxarıda qeyd etdiyim kimi lider klubların ortabab, autsayder olmaq şansı yoxdur. Məğlubiyyətləri sıralayaraq "mənə uzun müddət şans verilməlidir" düşüncəsi vaxt udmaqdan, manipulyasiyadan başqa bir şey deyil. Böyük klublarda rəhbər, məşqçi, futbolçuların bir şansı var- lider klubda liderliyini sübut etmək. Əks halda, deməli böyük kluba layiq deyillər.

Müxtəlif situasiyalar ola bilər. Azərbaycan futbolunda belə hallar çox yaşanıb. Sponsor-rəhbər-məşqçi-futbolçu ardıcıllığı ilə məşqçi və ya başqasının günahı olmadan problemlər yaşana bilər. İdeyalarını həyata keçirmək üçün obyektiv, subyektiv səbəblər təhlil olunmalı, sabahın qalibi olmaq üçün real, qətiyyətli addımlar atılmalıdır. Məğlubiyyətlərə bəhanələr gətirərək böyük məşqçi olmaq mümkün deyil.

Böyük klubları məhvə sürükləyib "bizə şans verilmədi" ifadəsini "lider klublara layiq olmayanlara şans veril(ir)di" yanaşması daha doğrudur. Belə tələbkarlıq rəhbər, məşqçi, futbolçuların hər birinə aiddir.

Lider klubları ayaqda saxlayacaq, daha da inkişaf etdirəcək qalibiyyət ruhlu liderlər olmalıdır!

"Ğöydən üç alma düşdü" nağıllarını ən yaxşı halda ikinci dərəcəli klublarda davam etdirmək olar. Aşağı düşə-düşə…

TAHİR SÜLEYMANOV

Reklam

Reklam


blank
Digər idman növləri2024-05-06 17:17

Azərbaycan üzgüçülərindən Rusiyada 9 medal

blank
Digər idman növləri2024-05-06 17:02

“Kür” və “Bakı”dan növbəti qələbə

blank
Digər idman növləri2024-05-06 16:48

Ulduz cütlük ayrıldı

blank
Digər idman növləri2024-05-06 16:31

Yarımfinal oyunlarının tarixləri dəqiqləşdi

blank
Digər idman növləri2024-05-06 16:16

Azərbaycanı AÇ-də 22 samboçu təmsil edəcək

blank
Ölkə futbolu2024-05-06 16:01

Ayaz baxımlı qolundan danışdı: “Lakin əsas olan qələbədir”

blank
Dünya futbolu2024-05-06 15:47

“Tottenhem” Riçarlisondan narazıdır

blank
Milli komanda2024-05-06 15:32

Millimizin yoldaşlıq oyununda daha bir rəqibi müəyyənləşdi

blank
Digər idman növləri2024-05-06 15:15

Bakıda keçirilən Dünya Kubokunda növbəti mükafatçılar bəlli oldu

blank
Milli komanda2024-05-06 15:01

Azərbaycan yığmasının seçmə mərhələdəki oyunlarının vaxtı bəlli oldu

blank
Ölkə futbolu2024-05-06 14:46

“Taktiki planda dəyişikliklər etmişik, sürprizlərimiz olacaq”

blank
Ölkə futbolu2024-05-06 14:31

“Araz-Naxçıvan”ın kapitanı: “Sözümüzü meydanda deyəcəyik”

blank
Ölkə futbolu2024-05-06 14:16

AFFA Region Liqasının yarımfinal mərhələsinin təqvimi açıqlandı

blank
Digər idman növləri2024-05-06 14:00

“Real” Korkmazla müqavilə imzalamağa yaxındır

blank
Ölkə futbolu2024-05-06 13:45

Qapıçının ilk qol ötürməsi

blank
Digər2024-05-06 13:28

Misli.az ilə “Avro-2024”ün final oyununa səyahət paketi qazan

blank
Milli komanda2024-05-06 13:09

Aqolli: “Azərbaycanın rəqib seçilməsi doğru addımdır”

blank
Digər idman növləri2024-05-06 12:52

“Yarımfinal daha sərt keçəcək” – “Xəzri”nin baş məşqçisi

blank
Digər idman növləri2024-05-06 12:35

ATP-nin yeni reytinq cədvəli

blank
Digər idman növləri2024-05-06 12:18

Mitçellin məhsuldarlığı komandasının işinə yaradı

blank
Digər idman növləri2024-05-06 12:01

Formula 1-ə ayrılan pulları mənimsəməkdə təqsirləndirilən şöbə rəisinin məhkəməsi keçirilir

blank
Ölkə futbolu2024-05-06 11:44

FİF Qərb klublarını Gəncəyə topladı

blank
Digər idman növləri2024-05-06 11:29

Nadal məşqlərə başladı, onu məğlub edən tennisçi turnirdən imtina etdi

blank
Dünya futbolu2024-05-06 11:12

Rokenin meneceri “Barselona”nı hədələdi

blank
Ölkə futbolu2024-05-06 10:57

“Neftçi” antirekordunu, “Sumqayıt” heç-heçə rekordunu yenilədi

blank
Ölkə futbolu2024-05-06 10:42

“Qarabağ”dan son 25 ilin rekordu

blank
Digər idman növləri2024-05-06 10:25

Qadınlarda “Vuelta”nın qalibi məlum oldu

blank
Ölkə futbolu2024-05-06 10:08

“Dinamo” Mahiri satmaq istəyir, amma…

blank
Premyer-liqa2024-05-06 09:51

“Səbail” “Qəbələ”yə qarşı

blank
Dünya futbolu2024-05-06 09:37

“Sportinq”in 20-ci çempionluğu

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm