Dünya futbolu
Solbakken: “Qarabağ” sübut etdi ki, mümkünsüz heç nə yoxdu”
Avropa Liqasının 1/16 final mərhələsində “Atletiko” …
Avropa Liqasının 1/16 final mərhələsində “Atletiko” ilə qarşılaşacaq “Kopenhagen”in baş məşqçisi Stol Solbakken püşkü dəyərləndirib.
Futbolinfo.az xəbər verir ki, norveçli mütəxəssis Madrid klubu barədə danışarkən, “Qarabağ”ı da xatırlayıb. “Köhlən atlar” Çempionlar Liqasının pley-off mərhələsində “Kopenhagen”i mübarizədən kənarlaşdırıb, qrup mərhələsində isə “Atletiko” ilə hər iki oyunda heç-heçə etmişdi. Solbakken yerli mətbuata açıqlamasında Ağdam təmsilçisinin “Atletiko” ilə oynamağın mümkün olduğunu sübut etdiyini bildirib:
“Avropanın ən güclü komandalarından biri ilə qarşılaşacağıq. Bundan daha çətin püşk düşünmək mümkün deyildi. Lakin Çempionlar Liqasında rəqibimiz olmuş “Qarabağ” qrupda “Atletiko” ilə başabaş mübarizə apardı. Bu, onu göstərir ki, mümkünsüz heç nə yoxdu. Ancaq yenə də, bizim üçün çox çətin olacaq”.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”