Dünya futbolu
Dəniz Yılmaz nəhayət ki, oynadı, “Bursaspor” qalib gəldi
Futbol üzrə Türkiyə Kubokunda 5-ci təsnifat mərhələsin…
Futbol üzrə Türkiyə Kubokunda 5-ci təsnifat mərhələsinin cavab oyunları keçirilir.
Futbolinfo.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Dəniz Yılmazın formasını geyindiyi “Bursaspor” da növbəti matçına çıxıb. Sözügedən kollektiv doğma meydanda “Adanaspor”la qarşılaşıb. Oyun bursalıların inamlı qələbəsi ilə başa çatıb – 2:0.
Bu kollektivlər arasındakı ilk oyun da oxşar hesabla başa çatmışdı. Hər iki oyunda qələbə qazanan bursalılar növbəti mərhələyə vəsiqə qazanıblar.
Dəniz də bu görüşün iştirakçısı olub. Uzun müddət idi forma şansı qazanmayan millimizin forvardı nəhayət ki, bu oyunda start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?