Dünya futbolu
Dortmund “Borussiya”sı səfərdə qalib gəldi – VİDEOLAR
Futbol üzrə Almaniya Bundesliqasında 16-cı tura start verilib….
Futbol üzrə Almaniya Bundesliqasında 16-cı tura start verilib.
Futbolinfo.az xəbər verir ki, turun ilk oyun günündə 4 qarşılaşma keçirilib.
"Volfsburq" doğma meydanda "Leytpsiq"lə bərabərə qalıb.
"Frayburq" Münhenqladbax "Borussiya"sı ilə ev oyunundan qalib ayrılıb.
Dortmund "Borussiya"sı yeni baş məşqçisi Peter Ştöqerin rəhbərliyi altında səfərdə "Maynts"ı məğlub edibsə, Frankfurt "Ayntraxt"ı da "Hamburq"a oxşar aqibəti yaşadıb.
Almaniya Bundesliqası
16-cı tur
12 dekabr
Volfsburq – Leyptsiq 1:1
Qol: Verhaq, 15 – Halstenberq, 52.
Hamburq – Ayntraxt 1:2
Qol: Papadopulos, 9 – Volf, 16. Qaçinoviç, 24.
Maynts – Borussiya D 0:2
Qol: Papastatopulos, 55. Kaqava, 89.
Frayburq – Borussiya M 1:0
Qol: Petersen, 20.
13 dekabr
21:30 Hoffenhaym – Ştutqart
23:30 Bayer – Verder
23:30 Bavariya – Köln
23:30 Herta – Hannover
23:30 Şalke – Auqsburq
–