Ölkə futbolu
“Kəpəz”in legioneri Bakı klubunda
“Kəpəz”in baş məşqçisi Yunis Hüseynov hey…
“Kəpəz”in baş məşqçisi Yunis Hüseynov heyətdəki əcnəbilərdən yalnız birini saxlayacaqlarını bildirib. O, yalnız Dedimar Ferreyranı yanında görmək istəyir.
Futbolinfo.az xəbər verir ki, Hüseynov “Futbolpress”ə açıqlamasında afrikalıların gedəcəyini, braziliyalının isə qalacağını bildirib: “Legionerlərdən təkcə Dedimar Ferreyra qalacaq. Samba Diallo, Ba Aladji və Viktor Oseqeyli göndəririk. Onların yerinə yeni legonerlərlə danışıq aparılır. Biz hər mövqeyə əcnəbi axtarırıq. Bu məsələdə diqqətli olmalıyıq. Mövsümün yarısında transferlərdə səhv edə bilmərik. İndi hansı ilə danışıqlar alınar, onu da gətirəcəyik”.
Artıq gedən oyunçular da özünə yeni iş yeri tapır. Diallo və Ba vətəninə qayıdırsa, Oseqeylin ölkəmizdən 2 təklifi var. Viktor güman ki, onlardan birini – ən real olan “Səbail” variantını dəyərləndirəcək.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”
- Ölkə futbolu2024-04-23 08:00
“Səbail” “Sabah”a uduzsa…