Ölkə futbolu
Elxan Məmmədovun diplomu
AFFA-nın baş katibi Elxan Məmmədov dünən mükafat aldı….
AFFA-nın baş katibi Elxan Məmmədov dünən mükafat aldı. Ölkə başçısı İlham Əliyev ona Azərbaycan Respublikası Prezidentinin fəxri diplomunu təqdim etdi.
Bu məsələ gün boyunca sosial şəbəkədə müzakirə olundu və böyük əksəriyyət də katibin bu şərəfə layiq olmadığını bildirdi. Başadüşüləndi – eyni diplomu almış digər şəxslərlə müqayisədə, Elxan bəyin də təltif edilməsi qıcıq doğurur. Çünki 2017-ci ildə bu şəxs faktiki xeyirli bir iş görməyib, yönəltdiyi ölkə futbolu, xüsusilə milli komandalar uçurumun dibinə doğru yuvarlanıb.
Məmmədovun “Qarabağ”ın uğuruna şərik olması, ağdamlıların vitse-prezidenti Tahir Gözəllə yanaşı, eyni diplomu alması da müzakirə edilir. Halbuki xüsusilə baş katibin klubun qazandığı uğurlarda zərrə qədər də olsun, rolu yoxdu. Lakin bunu ölkə başçısı da bilir. Bəlkə də bu səbəbdəndi ki, prezident “Qarabağ”ı qəbul edərkən Elxan bəy ofsaydda qalmışdı.
Bəs, bu təltifetmənin səbəbi nədir? Təbii ki, Məmmədov bacarıqlı mütəxəssisdi. Düzdü, futbola yaxından-uzaqdan dəxli yoxdu, amma əla kadrdı, fayda verəcəyi çox sahələr var. Bu səbəbdən onun diqqətdə olması başadüşüləndi. Bəlkə də bir neçə aydan sonra Məmmədovu tamamilə başqa sahəyə təyinat alan gördük. Ona görə də onun aldığı diplomu 2017-dəki fəaliyyətinin nəticəsi saymayaq, gələcək üçün diqqətdə olmasına işarə kimi qəbul edək.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə futbolu2024-04-23 08:00
“Səbail” “Sabah”a uduzsa…
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”