Dünya futbolu
Ziya Əzizov “Ayaks”a qarşı oynadı
Futbol üzrə Hollandiya Birinci Divizionunda (Jupiler Liqa) 17-ci…
Futbol üzrə Hollandiya Birinci Divizionunda (Jupiler Liqa) 17-ci turdan təxirə salınmış oyunlar keçirilib.
Futbolinfo.az xəbər verir ki, azərbaycanlı futbolçu Ziya Əzizovun formasını geyindiyi “Den Boş” da növbəti matçına çıxıb. Sözügedən kollektiv səfərdə “Ayaks”ın gənclərdən ibarət komandası ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:1.
Əzizov da bu görüşün iştirakçısı olub. Xeyli müddət idi yaşıl meydanlardan kənar qalan futbolçumuz görüşün 72-ci dəqiqəsindən etibarən mübarizəyə qoşulub.
"Den Boş" hazırda 27 xalla 20 klub arasında 8-ci pillədə qərarlaşıb.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-23 08:00
“Səbail” “Sabah”a uduzsa…