Bizi izləyin

Ölkə futbolu

Narahat olmayın, vəsait yerindədi…

AFFA İcraiyyə Komitəsinin 2017-ci ildəki son iclasından sonra AFF…

blank
AFFA İcraiyyə Komitəsinin 2017-ci ildəki son iclasından sonra AFFA prezidenti Rövnəq Abdullayev geniş mətbuat konfransı keçirdi. Həm onun, həm də ardınca baş tutan, millinin baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransında AFFA-nın baş katibi Elxan Məmmədov da iştirak etdi. Abdullayev suallara cavab verincə zalı tərk etdisə, Qurbanovla Məmmədov sonadək jurnalistlərlə bir yerdə oldu.
 
Rövnəq bəy “Bayıl Arena”nın təmirdən sonrakı açılışı ilə bağlı maraqlı açıqlama verdi. Sən demə bura həm də milli üçün istifadə olunacaq: “Milli komandaların yaşaması üçün bazanın açılışını etdik. Burda bir komandanın yaşaması və məşq etməsi üçün hər bir şərait yaradılıb. Həmçinin, gələcəkdə “Səbail” də buradan istifadə edəcək. Bu, UEFA-nın dəstəyi nəticəsində başa gəlib. Bütün maliyyə qitə futbol qurumu tərəfindən ödənilib. Bu, UEFA-nın hədiyyəsidi”.
 
Doğrusu, UEFA-nın bu qədər səxavətli olduğunu bilmirdik. “İnter Arena”, Mərdəkandakı təlim-məşq bazası, Sumqayıtda 2, BOS-da 1 meydançanın salınma xərcləri – bütün bunları UEFA edirsə, bəs, AFFA-nın 30-35 milyon manatlıq büdcəsi nəyə sərf olunur? Həm də sanki buranın milli komandalar üçün baza kimi təqdim olunması yeni məşqçi dəstəsinin tələbinə zəif cavabdı. Yığmaların yeni məşqçiləri AFFA-dan ayrı işləməyi, ayrıca mərkəzlərinin olmasını istəmişdi. Görünür, AFFA bu tələbi də nəzərə alaraq, kiçik baza ilə baş aldatmaq istəyir. Halbuki buranın “Səbail” üçün nəzərdə tutulduğu açıqlanmışdı.
 
Rövnəq bəy danışılmış oyunlarla bağlı da öz mövqeyini ortaya qoydu. O, “Keşlə”nin iki futbolçusunun və “Neftçi”nin bir məşqçisinin cəzalandırıldığını xatırladıb, onlar barəsində prokurorluğa müraciət olunduğunu dedi. Halbuki indiyədək belə bir şey yox idi. Bu, ya iz azdırmaq cəhdidi, ya da həqiqətən araşdırmalar davam edir. Abdullayevin dediklərinə diqqət edək: “Futboldan uzaqlaşdırılanlar özləri etiraf etdilər. Bu, böyük sistemdi, iş davam edir. Futbolla məşğul olan insanların bu işi görmək ixtiyarları yoxdu. Böyük iş apardıq. UEFA-dan keçən il də, o biri il də məlumatlar gəlirdi. “Rəvan”, “Bakı” var idi. UEFA tələb qoydu ki, çempionatdan çıxarılmalıdı. Amma indiki fərdi şəxslərlə bağlıdı. FİFA prezidenti şübhəli bilindiyi üçün futboldan 6-7 illik uzaqlaşdırıldı. Hələ şübhəli ola-ola”.
 
Rövnəq bəyin çıxışının davamında Məmmədov da prosesin bitmədiyini, araşdırmaların davam etdiyini dedi. Katib cəzalananlarla bağlı açıqlama verilməyəcəyini, amma danışılmış oyunlara qarşı mübarizənin davam edəcəyini dedi. Ona inansaq, hələ proses bitməyib. Ümid edib, gözləyir, izləyirik.
 
Abdullayev “Kəpəz”də baş verən qalmaqal barədə də danışdı: “Bu barədə yoxlama oldu. Əfsuslar olsun ki, bizim nümayəndə tərəfindən pozuntuya cəhd olunmuşdu. Pozuntu olmamışdı, cəhd olmuşdu. Yoxlamanın nəticələri ilə tanış olduq və bir neçə nəfəri işdən azad etdik. Sistemi elə qurmaq istəyirik ki, şəffaf olsun. Yenə manipulyasıya məsələsinə qayıdıram. Həmin şəxslər barədə qəti tədbir görüldü. Bu, belə də davam edəcək. UEFA nümayəndələri ilə görüşəndə deyildi ki, Şərqi Avropa ölkələrində də bu hallar var. Bu üzdən də onların futbolu dibə getdi. Amma Avropanın mərkəzində bunun kökünü kəsdilər. Bu, klubda olan bəzi fərdi insanlara qarşı oldu. Çalışırıq ki, futbolumuza haram qatılmasın”.
 
Rövnəq bəyin “Kəpəz”dəki maliyyə pozuntusu ilə bağlı danışarkən işlətdiyi bir fraza gülüşə səbəb oldu, elə özü də təbəssüm göstərdi: “Narahat olmayın, vəsait yerindədi”. Təkcə bu ifadə “Futbolinfo”da yazılanların təsdiqidi. Yazdığımız kimi, yoxa çıxan pullar Mikayıl Nərimanoğlu tərəfindən geri qaytarılıb. Daha doğrusu, o, buna məcbur edilib ki, həbsə düşməsin, işini itirməklə kifayətlənsin.
 
blank
Qurban bəyin mətbuat konfransı daha uzun çəkdi və daha çox indiyədək verdiyi müsahibələrin təkrarı oldu. Bununla belə, onun dediklərində də yeni məqamlar var idi.
 
Məsələn, Qurban bəy futbolçularla yanaşı, ölkə futbolunun bir sıra sahələrində kadr çatışmazlığından şikayət etdi: “Futbolçudan əvvəl yetişdiriləsi insanlar var. Məsələn, məşqçi, həkim, hətta masajçı. Bu insanların sağlam olması çox vacibdi. Bu gün nə idman həkimimiz, nə fizioterapevtimiz var. AFFA rəhbərliyi ilə bundan sonra daha tez-tez görüşlərimiz olacaq. 8-10 yaşlı uşaqları sağlam insanlara tapşırmalıyıq. Onların həkimləri özləri sağlam, savadlı olmalıdı. Bundan sonra bu barədə daha çox düşünəcəyik. Bu insanların yetişməsi üçün kurslarımız olacaq. Görüləsi işlər çoxdu”.
 
Bu, faktiki AFFA rəhbərliyini, xüsusilə də Elxan Məmmədovun ifşası idi. Qurbanov aşkar şəkildə demək istədi ki, bu 10 ildə heç bir iş görülməyib, indi özü sistemin qurulmasına rəhbərlik edəcək. Məsələyə baş katibin müdaxiləsi isə uğursuz alındı. Yenə seminarlardan, treninqlərdən bəhs edən Elxan bəy problem malalamağa, hətta ADBTİA-nın üstünə atmağa çalışdı. Halbuki indiyədək AGİN və Təhsil Nazirliyi ilə əməkdaşlıq həqiqətən yüksək səviyyədə olsaydı, indi kadr sıxıntısı çəkməzdik.
 
Qurban bəy qazancı ilə bağlı yazılanlara da münasibət bildirdi: “Burda məni pul maraqlandırmır. Futbolçu olanda da, heç bir rəhbərdən pul tələb etməmişəm. Qürurla futbolumuza xidmət etmək istəyirəm. Bəzi sahələr var ki, oranı inkişaf etdirməliyik. Bununla bağlı Elxan müəllimlə müzakirə aparmışıq. Gəlib təkcə komandanı hazırlamaq ən asan yoldu. Futbol sahəsindəki bütün insanların keyfiyyəti yüksək olmalıdı. Özüm başda olmaqla, hamının sağlam olmasını istəyirəm. İşimə bu gün hər kəs tərəfindən yaxşı qiymət verilirsə, bunlar mənim üçün ən böyük dəyərdi”.
 
Son günlər Qurbanovun maaşının müzakirəyə çıxarılması da təsadüfi deyil. Onun nüfuzuna xələl gətirmək istəyənlər son aylardı bir neçə dəfə uğursuz cəhd ediblər və yəqin ki, belə badalaqlar davamlı olacaq. Baxmayaraq ki, Məmmədov da məşqçinin dediklərini təsdiqlədi: “Həqiqətən pul, müddətlə bağlı konkret tələb olmayıb. Amma təbii ki, müqavilə imzalanmalıdı və bunu edəcəyik. Onun sirr qalması, yoxsa detalların açıqlanması məsələsini isə öz aramızda müzakirə edəcəyik”.
 
Qurban bəy komandasını qurmaq üçün vaxt istəmək niyyətində deyil. O, yaxşı nəticəyə çalışacağını, lakin eyni zamanda system quruculuğunu əsas götürdüyünü bildirdi: “Mənim də prinsipim belədi ki, əlimizə düşən şansdan yararlanaq. Millətlər Liqasından çıxmaq şansımız varsa, bundan yararlanmağa çalışacağıq. Bir çox klublarımız bizdən qat-qat üstün olublar. Amma bu gün onlar yoxdu. Çünki çox tez vaxtda uğur istəyiblər. Milli komandalarda hər şeyin pillə-pillə getməsini istəyirik. Aşağı yaş qrupundan oyunçuları elə hazırlamalıyıq ki, onlar sabit qalsınlar. Futbolçuların valideynləri bu gün onlara çox mane olurlar. Tanıdığım belə oyunçular var. Biz hətta valideynləri də futbolda düzgün formalaşdırmalıyıq. “Çelsi”nin akademiyasında oldum. Onların ən böyük problemi valideynlərlə bağlı idi. Onlarla ayrıca görüşlər keçirirlər. Uşaqla yanaşı, onun valideyni, ətrafı da komandanı sevməlidi. Uşağın insani keyfiyyətlərini düzəltməsək, heç vaxt yaxşı futbolçu olmayacaq”.
 
FƏRİD
Reklam

Reklam


blank
Ölkə futbolu2024-04-22 20:19

Lider əsas izləyicisini də məğlub etdi

blank
Dünya futbolu2024-04-22 20:00

“Barselona”nın futbolçusu üçün mövsüm başa çatdı

blank
Dünya futbolu2024-04-22 19:39

Daha 2 sabiq futbolçunun adı Premyer Liqanın Şərəf Zalına daxil edildi

blank
Digər idman növləri2024-04-22 19:18

Azərbaycan boksçusu AÇ-də erməni rəqibini məğlub etdi

blank
I Liqa2024-04-22 19:00

I Liqada növbəti 2 turun proqramı açıqlandı

blank
Əvəzedicilər2024-04-22 18:38

“Neftçi”nin əvəzediciləri xal itirdi, “Sabah-2” qələbə qazandı

blank
Dünya futbolu2024-04-22 18:19

“Udineze”də yeni baş məşqçi

blank
Dünya futbolu2024-04-22 18:01

“Borussiya” keçmiş əməkdaşını geri qaytardı

blank
Digər2024-04-22 17:48

Bakının namizədliyi irəli sürüldü – 2026-cı ildə dünyanın “İdman Paytaxtı” olmaq üçün

blank
Dünya futbolu2024-04-22 17:35

“Real”ın qələbəsini ulduzlar da qeyd etdi

blank
Ölkə futbolu2024-04-22 17:17

“Çox səhvlər etdik”

blank
Dünya futbolu2024-04-22 17:00

Millimizin üzvü “Dinamo”ya qarşı oynadı

blank
Dünya futbolu2024-04-22 16:46

Vinisius “el klasiko”larda ən çox qol vuran braziliyalı futbolçu oldu

blank
Digər idman növləri2024-04-22 16:30

Basketbol Liqasında müntəzəm mövsümün son turunun proqramı açıqlandı

blank
Dünya futbolu2024-04-22 16:14

“Real”ın futbolçusu “el klasiko”nun tarixinə düşdü

blank
Digər idman növləri2024-04-22 15:59

Azərbaycan millisi Avropa Kubokunda dördüncü oldu

blank
Digər idman növləri2024-04-22 15:45

Azərbaycan çempionatı keçiriləcək

blank
Digər idman növləri2024-04-22 15:30

Azərbaycan stolüstü tennisçiləri beynəlxalq yarışlara qatılacaqlar

blank
Digər idman növləri2024-04-22 15:16

MBA ilin nominantlarını açıqladı

blank
Digər idman növləri2024-04-22 15:00

MHL-də 1970-ci ildən bəri bir ilk

blank
Digər idman növləri2024-04-22 14:45

Şahmatda yeni dünya rekordu

blank
Dünya futbolu2024-04-22 14:31

Məşhur yapon Kurtua ilə bir yerdə oyun izlədi

blank
Digər idman növləri2024-04-22 14:17

Rıbakinanın uğuruna Tokayev də biganə qalmadı

blank
Ölkə futbolu2024-04-22 14:01

Yarımfinal oyunları canlı yayımlanacaq

blank
Digər idman növləri2024-04-22 13:53

ATP reytinqində ciddi dəyişiklik olmadı

blank
Milli komanda2024-04-22 13:46

Fişer: “AFFA-dan təklif almamışam”

blank
Premyer-liqa2024-04-22 13:32

Rekordun bir addımlığında

blank
Milli komanda2024-04-22 13:16

Millimizin yekun heyəti açıqlandı

blank
Premyer-liqa2024-04-22 13:03

Tovuzda ilk darmadağın

blank
Dünya futbolu2024-04-22 12:49

“Borussiya” Sançonu saxlamaq istəyir

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm