Dünya futbolu
Arazlı “Anortosis”ə 3 cavabsız qol
Futbol üzrə Kipr çempionatında 17-ci turun oyunları ke&…
Futbol üzrə Kipr çempionatında 17-ci turun oyunları keçirilib.
Futbolinfo.az xəbər verir ki, azərbaycanlı futbolçu Araz Abdullayevin formasını geyindiyi “Anortosis” də növbəti matçına çıxıb. Sözügedən kollektiv doğma meydanda Nikosiya APOEL-i ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:3.
Araz da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək oynayıb.
Geridə qalan turlarda 36 xal toplamış Famaqusta təmsilçisi hazırda 14 iştirakçı arasında ikinci pillədə qərarlaşıb.