Ölkə futbolu
Mahir Mədətov “Beşiktaş”la müqavilə imzalayıb? – FOTO
Türkiyə mətbuatı futbol üzrə Azərbaycan yığmasının …
Türkiyə mətbuatı futbol üzrə Azərbaycan yığmasının və “Qarabağ”ın üzvü Mahir Mədətovun “Beşiktaş”a transferini yenidən gündəmə gətirib. Futbolinfo.az xəbər verir ki, son xəbərlərdə 20 yaşlı futbolçunun Türkiyə çempionu ilə müqavilə imzalayarkən çəkilmiş fotosunun ortaya çıxması diqqətə çatdırılıb.
Türkiyəli həmkarlarımız “Beşiktaş”ın gənc azərbaycanlı futbolçunun transferini bitirdi iddia olunur: “Qarabağ”ın gənc ulduzu Mahir Mədətovun sosial mediada ortaya çıxan bir fotosu gündəmi zəbt etdi. Bu fotoya əsasən gənc oyunçunun sözləşməyə imza atdığı görünür. Mədətovun komanda yoldaşının etdiyi bu paylaşım “transfer bitdi” şəklində şərh olunur”.
Qeyd edək ki, fotonu əslində onun komanda yoldaşı yox, “Səbail”in kapitanı Eltun Yaqublu sosial şəbəkədə yayıb.
O da vurğulanır ki, Mahir sol ayağı ilə yaxşı oynamasıyla tanınır. “Beşiktaş”ın baş məşqçisi Şenol Günəşin “Qarabağ”ın “Çelsi”ylə ev oyununu izləmək üçün Bakıya səfərinin təsadüfi olmadığı da vurğulanıb: “O, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovla görüşmüşdü. Günəşin bu qarşılaşmanın izləməsi ziyarətinin təsadüfi olmadığı şərhlərinə əsas verdi. Belə görünür ki, baş məşqçi bu matçda futbolçunu izləyib, Qurbanovla söhbətində Mahir də müzakirə olunub”.
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-25 17:10
Klublar çətin vəziyyətdə: AFFA yardımları dondurub
- Ölkə futbolu2024-04-26 08:00
Juninyo – Avropanın ən yaxşı braziliyalısı