Bizi izləyin

Müsahibə

“Komandalar bu mövsümə daha məsuliyyətli hazırlaşıblar”

Futzal üzrə Azərbaycan çempionatının Yüksək Liqa…

blank

Futzal üzrə Azərbaycan çempionatının Yüksək Liqasında “Marafon Futsal”ı məğlub etməklə “qış çempionluğu”nu təmin edən “Araz”ın üzvü Telez Taqo Futzal Federasiyasının mətbuat xidmətinə müsahibə verib.

Futbolinfo.az həmin müsahibəni təqdim edir:

– Əvvəlcə ən yaxın izləyiciniz olan “Marafon Futsal”la oyun haqda fikirlərini bildirərdiz.
– İndi çempionat çox maraqlı keçir. “Marafon Futsal” çempionatın güclü, həm də maraqlı komandalarındandı. Komandanın əsasını yerli oyunçular təşkil edir. Həmin futzalçıların bir neçəsi ilə milli komandada birgə çıxış etmişik. İranlı legionerlər də onlara yaxşı kömək edirlər. Belə deyək də, baş məşqçi yaxşı komanda formalaşdırıb. Oyun isə çox çətin, həm də gərgin keçdi. Çünki oyunöncəsi rəqiblə xal fərqimiz 1-ə bərabər idi. Düzdü, biz bir oyun az keçirmişik. Vacib olan 3 xalı qazanmaq idi.

– Futzal oyunları adətən çoxqollu keçir. Ancaq bu matçda cəmi 2 qol vuruldu. Az deyil?
– Bir neçə real qol epizodundan istifadə edə bilmədik. Mən 2 qol vurdum, amma 3 epizodda dirəyi nişan aldım. Həm də turnir cədvəlindəki vəziyyəti izah etdim və bu cür qarşılaşmalarda çox qol vurmağı, yaxşı oynamağı yox, 3 xal qazanmağı düşünməlisən. Çünki məğlub olsan, birinci pilləni əldən verəcəksən. Ona görə də, yekun hesab digər göstəricilərin önündə gəlir. Həm də rəqibimiz güclü komandadı. Təsəvvür edin, bu komandanın indiyə qədər 3 məğlubiyyəti var və bunlardan ikisi bizimlə oyunlarda alınıb. Deməli, digər komandalardan güclüdülər. İkinci pillədə yer almaları da sıradan deyil.

– Bu qələbənin “Araz” üçün özəlliyi qış fasiləsinə zirvədə yollanacağını təmin etməsidi.
– Bəli, xal fərqini artırdıq, ehtiyatda da bir oyunumuz var, qələbə qazansaq, fərqi böyüdəcəyik. Ancaq bu, çempion olduğumuzu təsdiqləmir. Hələ fasilədən sonra 2 dövrə var. Qışda komandaların necə hazırlaşacağını, kimləri transfer edəcəklərini bilmirik. Bunlar sonrakı oyunlarda həlledici rol oynayacaq. Həm də fasiləyə qədər 2 oyunumuz var. Növbəti oyunda “Neftçi” ilə qarşılaşacağıq. Bizim üçün təhlükəli komandadı. Xatırlayırsınızsa, çempionatda cəmi bir oyunda xal itirmişik. Məhz “Neftçi” son saniyələrdə vurduğu qolla heç-heçə etməyi bacardı. Bunu unutmamışıq və oyuna ciddi hazırlaşırıq.

– Bütün komandalarla qarşılaşmısınız. Rəqiblərinizdən hansını güclü hesab edirsiz?
– “Marafon Futsal” təhlükəli və güclü komandadı. EKOL və “Neftçi” də güclü rəqiblərdi. Amma “Marafon Futsal” onlardan bir addım öndədi. Komandanın mövqeyi də bunu deməyə əsas verir. 

– Azərbaycan çempionatında ikinci mövsümdü oynayırsız. Ötən illə müqayisə etsək, fərq varmı?
– Həm də çox fərq var. Ötən il çempionatda sanki 3 komanda – “Araz”, “Neftçi” və EKOL yarışırdı. Az-çox maraqlı oyunlar da bunların arasında olurdu. Digər komandalarla qarşılaşmalarda isə böyükhesablı nəticələr qeydə alınırdı. Bu il çempionat çox çətin keçir. İndi meydana ötənilki kimi rahat çıxa bilmirsən. Hətta sonuncu pillədə yer alan komanda da müqavimət göstərməyə çalışır. Fikir verin, əskər oyunlarda hesab arasındakı fərq böyük olmur. Bu mövsüm komandalar daha məsuliyyətli hazırlaşıblar. Bu da bizim xeyrimizədi. Müqavimət görəndə, daha yaxşı hazırlaşmalı olursan. Təbii ki, belə durum yerində saymağa yox, irəli addım atmağına kömək edir.

– İki turdan sonra istirahət başlayır. Bayramı Bakıda, yoxsa Braziliyada qarşılaşayacaqsız?
– Hələ qərar verməmişəm. Braziliyaya getməyəcəyim dəqiqdi. Çünki fasilə az olacaq. Ora gedib gəlmək isə 2 gün vaxt aparır. Üstəlik, saat fərqinə öyrəşmək də var. Həm də azyaşlı uşaqla bu qədər məsafə qət etmək yaxşı deyil. Həyat yoldaşımla danışacam. Yəqin ki, yaxın bölgələrdən birinə gedəcəyik. Ola bilər, bayramı Moskvada, bəlkə də Dubada qeyd etdik.

Reklam

Reklam


blank
Digər idman növləri2024-04-25 00:40

Azərbaycanın daha bir boksçusu AÇ-də yarımfinala yüksəldi

blank
Dünya futbolu2024-04-25 00:21

“Trabzonspor”dan ilk oyunda çətin qələbə

blank
Digər idman növləri2024-04-24 23:57

“Sabah” müntəzəm mövsümü zirvədə tamamladı

blank
Ölkə kuboku2024-04-24 23:14

“Komanda olaraq yetərincə yaxşı müdafiə olunmuruq” – Bojoviç

blank
Ölkə kuboku2024-04-24 23:00

“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov

blank
Ölkə futbolu2024-04-24 22:45

“Sabah” bölgələrdə seçimlərə başlayır

blank
Ölkə kuboku2024-04-24 22:31

“Qarabağ”ı finala çıxaran növbəti darmadağın – VİDEO

blank
Ölkə kuboku2024-04-24 22:17

“Qəbələ”də 300-cü oyun

blank
Dünya futbolu2024-04-24 22:02

Xavi qalsa, Silvanın transferini istəyəcək

blank
Ölkə kuboku2024-04-24 21:48

“Qarabağ” “Neftçi”yə yenə 4 qol vurdu, finala çıxdı

blank
Dünya futbolu2024-04-24 21:45

“Milan” vidalara hazırlaşır

blank
Ölkə futbolu2024-04-24 21:30

Sərxan Hacıyev məşqçi seçməyə gedib

blank
Digər idman növləri2024-04-24 21:12

“Ferrari” komandasının adı rəsmən dəyişdi

blank
Ölkə kuboku2024-04-24 20:53

“Bizi çox gərgin sonluq gözləyir” – Rəşad Sadıqov

blank
Ölkə kuboku2024-04-24 20:44

“Belə durumda olmağımız əzabvericidir” – Sxadadze

blank
Ölkə futbolu2024-04-24 20:30

Orxan vəziyyətin dəyişəcəyinə inanır

blank
Ölkə kuboku2024-04-24 19:27

“Zirə”ni finala daşıyan inamlı qələbə – VİDEO

blank
Ölkə kuboku2024-04-24 18:50

“Zirə” finalda!

blank
Digər idman növləri2024-04-24 18:28

Azərbaycan çempionatında sərbəst güləş yarışı başa çatdı

blank
Digər idman növləri2024-04-24 17:44

AVF ilə GVF arasında memorandum imzalandı

blank
Digər idman növləri2024-04-24 17:17

Azərbaycan avarçəkəni Türkiyədə iki medal qazanıb

blank
Ölkə futbolu2024-04-24 16:38

Region Liqasının final oyununun yeri müəyyənləşib

blank
Ölkə futbolu2024-04-24 16:19

Naxçıvan Futbol Federasiyasının sabiq baş katibi vəfat edib

blank
Digər idman növləri2024-04-24 16:01

Azərbaycan avarçəkənləri Avropa Olimpiya Təsnifat Reqatasında iştirak edəcəklər

blank
Digər idman növləri2024-04-24 15:46

Azərbaycan tennisçisi Belçikada bürünc medal qazandı

blank
Ölkə kuboku2024-04-24 15:30

“Qəbələ”də iki itki

blank
Dünya futbolu2024-04-24 15:14

Teves xəstəxanaya yerləşdirildi

blank
Layihə2024-04-24 15:00

İdman və düzgün qidalanma

blank
Müsahibə2024-04-24 14:45

“Sumqayıt”ın legioneri: “Bu heyət bizə bəs etməyəcək”

blank
Dünya futbolu2024-04-24 14:31

“Yuventus” rekordunu yenilədi

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm