Dünya futbolu
Budaq Nəsirov oynadı, komandası uduzdu
Futbol üzrə Portuqaliya ikinci liqasında (Sequnda) 18-ci turun …
Futbol üzrə Portuqaliya ikinci liqasında (Sequnda) 18-ci turun oyunları keçirilib.
Futbolinfo.az xəbər verir ki, azərbaycanlı futbolçu Budaq Nəsirovun şərəfini qoruduğu “Sportinq”in B komandası da növbəti matçına çıxıb. Sözügedən kollektiv doğma meydanda “Gimaraynş”ın B komandası ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 1:2.
Nəsirov da bu matçın iştirakçısı olub. Xeyli müddət idi zədə səbəbindən oynamayan futbolçumuz görüşün 63-cü dəqiqəsindən etibarən mübarizəyə qoşulub.
"Sportinq" hazırda 24 xalla 20 klub arasında 12-ci pillədə qərarlaşıb.
- Ölkə futbolu2024-04-30 09:15
“Qarabağ” Avropada 2-ci yeri bölüşdürür
- Ölkə futbolu2024-04-30 15:31
Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib
- Ölkə futbolu2024-04-29 20:00
“Baku Sportinq”dən növbəti darmadağın
- Dünya futbolu2024-04-29 18:32
Palladino iddialı komandadan dəvət gözləyir