Ölkə futbolu
“Beşiktaş”dan bu qışın ilk transferi – FOTO
Türkiyə çempionu “Beşiktaş” bu qış ilk tr…
Türkiyə çempionu “Beşiktaş” bu qış ilk transferini reallaşdırıb.
Futbolinfo.az xəbər verir ki, “qara qartallar” Kiyev “Dinamo”sunun və Xorvatiya millisinin müdafiəçisi Domaqoy Vidanı heyətinə cəlb edib. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Vida “Beşiktaş”ın rəsmiləri ilə birlikdə bu klubun formasında şəkil çəkdirib.
28 yaşlı futbolçu ilə 3,5 illik müqaviləyə dair razılıq əldə olunub. Vidanın “Dinamo” ilə müqaviləsinin müddəti başa çatdığından, “Beşiktaş” onun keçidi üçün heç bir məbləğ ödəməyəcək. Xorvat arxa xətt oyunçusu İstanbul təmsilçisinin düşərgəsinə yanvarın 3-də qoşulacaq.
Futbolçu karyerasına “Osiyek”də başlayan müdafiəçi, daha sonra Zaqreb “Dinamo”su və “Bayer”in uğurları üçün çalışıb. O, 2012-ci ildən Kiyev “Dinamo”sunda top qovurdu.
Vida cari mövsümdə şans qazandığı 18 oyunda 2 qol vurub.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?