Ölkə futbolu
İlham Əliyev tapşırıq verdi: Futbolumuzun inkişafına dair yeni Dövlət Proqramı hazırlanır
“Qarabağ" bütün Azərbaycan xalqını sevindirib…
“Qarabağ" bütün Azərbaycan xalqını sevindirib. Bəzi matçlarda məğlubiyyət olsa belə, çıxışını gözəl qiymətləndirirəm”.
Futbolinfo.az xəbər verir ki, bunu gənclər və idman naziri Azad Rəhimov Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında (ADBTİA) 2017-ci ilin idman yekunlarına həsr olunmuş mərasimdə deyib.
Rəhimov “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov haqda xoş sözlər söyləyib. O, gənc mütəxəssisin yığmanın “sükanı arxası”na keçməsindən də danışıb: “Qurban Qurbanov yüksək peşəkarlıq göstərdi və azarkeşlərə inam bağışladı. Baxmayaraq ki, “Qarabağ”ın büdcəsi rəqibləri ilə müqayisədə qat-qat aşağıdı”.
Nazir futbolun inkişafına dair yeni Dövlət Proqramı hazırlandığını da sözlərinə əlavə edib: “Bununla bağlı iş gedir. Cənab prezidentin tapşırığına əsasən, müasir tələblərə cavab verən proqram hazırlanır. Proqramın 2018 və ya 2019-cu ildə qəbul olunması gözlənilir”.
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-25 17:10
Klublar çətin vəziyyətdə: AFFA yardımları dondurub