Ölkə futbolu
“Qarabağ”ın legioneri əməliyyat olunacaq
“Qarabağ”ın futbolçusu Yakub Jezniçak yayd…
“Qarabağ”ın futbolçusu Yakub Jezniçak yayda əməliyyat olunacaq.
Futbolinfo.az xəbər verir ki, bu haqda Jezniçak Polşa mətbuatına açıqlamasında məlumat verib. Müdafiəçi bildirib ki, həm burnundan, həm də barmağından əməliyyat olunacaq. Əməliyyat əvvəlcə qış fasiləsində nəzərdə tutulsa da, Jezniçak bunu yaya qədər təxirə salıb.
Qeyd edək ki, Jezniçak yayda Polşanın "Legiya" (Varşava) klubundan "Qarabağ"a keçmişdi.