Ölkə futbolu
FİFA meneceri “Keşlə”nin yeni baş məşqçisi haqda
FİFA meneceri Vadim Şabliy həmyerlisi Yuri Maksimovun “Keşl?…
FİFA meneceri Vadim Şabliy həmyerlisi Yuri Maksimovun “Keşlə” klubunun baş məşqçisi təyin olunmasına biganə qalmayıb. Futbolinfo.az xəbər verir ki, ukraynalı agent bununla bağlı sosial şəbəkədə paylaşım edib.
Maksimovun meneceri olan Şabliy birlikdə çəkdirdikləri fotonu paylaşaraq, ona status həsr edib: “Bakının “Keşlə” komandası ukraynalı məşqçi Yuri Maksimovla 2017/18 mövsümünün sonuna qədər müqavilə imzalayıb. “Keşlə” öz ənənəsi olan klubdu. İnanırıq ki, həm çempionatda, həm də Azərbaycan kubokunda Maksimov qarşısına qoyulan vəzifənin öhdəsindən gələcək”.
Qeyd edək ki, bu gün “Keşlə” ilə rəsmi müqavilə imzalayan Maksimov ölkəsinə yollanıb. O, yanvarın 5-də Bakıya qayıdacaq.
- Ölkə futbolu2024-04-30 09:15
“Qarabağ” Avropada 2-ci yeri bölüşdürür
- Ölkə futbolu2024-04-30 15:31
Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib
- Premyer-liqa2024-04-30 09:30
“Yalnız birlikdə olaraq uğurlar qazana bilərik” – Ozobiç
- Ölkə futbolu2024-04-30 10:29
“Qarabağ” üçün daha bir potensial rəqib