Bizi izləyin

Ölkə futbolu

Yeni dövlət proqramı: əvvəlkindən dərs alaraq…

Buzlar əriyir, dövlət yenidən futbola münasibətlərini i…

blank
Buzlar əriyir, dövlət yenidən futbola münasibətlərini istiləşdirir. Milyonların sevimli oyununa diqqət və qayğı yenə artırılacaq.
 
Əslində, ölkə əhalisi heç vaxt futbola barmaqarası münasibət səbəbi ilə şikayətlənə bilməz. Futbol adamları daim top oyununa dövlət səviyyəsində qayğını hiss ediblər. Müstəqilliyin ilk illərindəki xaosu, müharibə vəziyyəti üzündən yaşanan təbii problemləri nəzərə almasaq, futbol nəticə baxımından axsasa da, daim qayğı beşiyi olub.
 
SSRİ çempionatlarında çıxış edən “Neftçi”nin qazandığı bürünc medaldan tutmuş, aşağı liqadan güclülər sırasına qaytarılmasınadək bütün proseslərdə “yuxarılar”ın rolu olub. Futbolçular, məşqçilər və başqaları da daim ən təminatlılar kimi yaşayıb. Hətta indi də ozamankı kiçik uğurların qarşılığında hər cür imtiyaza layiq bilinirlər.
 
İndi də belədi. Maaşları, qazancları müqayisə etsək, futbol təsərrüfatında olan insanlar mütləq digərlərindən seçiləcək. Bu, hətta futbolumuzun kasıb günlərini yaşadığı bu gün də belədi.
 
***
 
Dünən gənclər və idman naziri Azad Rəhimov ilin yekunlarına həsr olunan tədbirdə şad xəbər verdi. Məlum oldu ki, ölkə başçısının tapşırığı ilə futbolun inkişafına dair yeni dövlət proqramı hazırlanır. Proqram qəbul olunsa, 2005-2015-ci illərdəki analoji prosesin davamını izləyəcəyik.
 
Əslində, bu proqram indiyədək qəbul olunmalıydı. Amma həm məlum iqtisadi çətinliklər, həm də hazırlanan sənədin yüksək səviyyədə olmaması, bir neçə dəfə AFFA-dakı tərtibatçıların üzərinə qaytarılması zamanı yubatdı. Və 2018, ya da 2019-da yeni proqramın təsdiqi qaçılmazdı.
 
Əvvəla, ona görə ki, dövlət daim futbolu idmanda prioritet seçib, bu oyunun bütün mənalarda hansı təsir qüvvəsinə malik olduğunu yaxşı bilir.
İkincisi, ilk dövlət proqramının davamı mütləq olmalıdı. Əks halda, həmin dövrdə qoyulan təməlin üzərində ot-alaq bitəcək.
Üçüncüsü, qarşıdan AVRO-2020 gəlir. Ölkəmizin də final mərhələsinin bəzi oyunlarını qəbul edəcəyini nəzərə alsaq, proqramın qəbulunun yubanması qəbahət olardı.
 
***
 
Bu xəbəri ölkə futbol təsərrüfatının idarəçiləri, yəni, AFFA rəhbərliyi vermədi. Cəmi bir həftə öncə AFFA-nn İcraiyyə Komitəsi yığışmışdı, mətbuat konfransı reallaşmışdı. Lakin xəbər AGİN-dən gəldi. Dövlət orqanı kimi nazirliyin prosesə hazırlıq getdiyini açıqlaması başadüşüləndi, bununla belə, AFFA-da sanki hər şeydən xəbərsizdilər.
 
Bildiyimizə görə, AFFA ilk dövlət proqramı yekunlaşan kimi yenisini hazırlayıb. Lakin sənəd o qədər bərbad hazırlanıb ki, baş katib Elxan Məmmədov yuxarı dairələrdə danlanıb, sənəd də qoltuğuna verilərək geri göndərilib. Müşahidə Şurası ideyası üzərində hazırlanan və dövlətdən hər klub üçün 3-5 milyon manat yardım almağı nəzərdə tutan sənəd yetərsiz hesab edilib. Məhz bundan sonra bu iş AGİN-ə tapşırılıb.
 
***
 
Yeni dövlət proqramının necə, kimlər tərəfindən hazırlandığından xəbərsizik. Ümid edirik, mükəmməl sənəd tərtib edilər və prezidentin stolunun üstünə gedərkən imzaya layiq bilinər. Lakin əsas olan proqramda yazılanların tətbiqinə, icrasına nəzarətdi. İlk proqram bu baxımdan çox uğursuz alındı və maliyyə axını nəticələrlə, əldə olunan uğurlarla uzlaşmadı. Mübariz Mənsimov, Cahangir Hacıyev, Hafiz Məmmədov və başqaları dövlətin yaratdığı imkanlardan istifadə edərək futbola ciddi dəstək verdi, lakin proqramın müddəti bitən kimi də aradan çıxdılar. Yalnız o zaman bəlli oldu ki, bu insanlar dövlətin imtiyazlarıyla yaranan fürsətlərlə qazandıqlarının bir qismini futbola xərcləyirlər. Həm də düşünülmüş şəkildə yox…
 
Bir çox iş adamları milyonları havaya sovurdu, planlı iş qurmadan xərcləmək, eyni zamanda öz ciblərini doldurmaq yarışına girişdilər, 10 illik proqram bitən kim də aradan çıxdılar. Yalnız “Qarabağ”  və “Qəbələ” maliyyəni doğru istiqamətdə xərclədi, təcili nəticəyə qaçmadı, klub, baza qurdu. Bu səbəbdən həmin vaxt kölgədə qalan bu klublar indi də ayaq üstədilər və uğurları da dövlət proqramından sonrakı dövrə təsadüf edir. Yalnız ölkə muqyasında uğur əldə edilsəydi, bunu maliyyəsi bol olanların yoxluğu ilə əlaqələndirmək olardı. Lakin söhbət avrokuboklardakı uğurlardan gedir – bu isə işin düzgün qurulmasına, dövlət proqramının yaratdığı imkanlardan doğru istifadə edilməsinə sübutdu.
 
***
 
İlk dövlət proqramının əhatə etdiyi 10 ili incələməklə yeni proqramın tətbiqi vacibdi. Bəli, 2005-15-ci illərdə infrastruktur baxımından müəyyən işlər görüldü, lakin insanlara, kadrların yetişdirilməsinə ciddi investisiya qoyulmadı. Buna görə də hazırda futbolçu, məşqçi və s. azlığından əziyyət çəkirik, millinin baş məşqçisi Qurban Qurbanov məhz bu amilə hörə şikayətçidi. Gözdən pərdə asmaqla, yalançı görüntü yaratmaqla iz azdıranların əməlləri indi ifşa olunur.
 
Tarixdən dərs çıxarmaqla yeni mərhələyə başlamaq olar. Lakin indi daha çox işin keyfiyyətinə, icrasına diqqət etmək lazımdı. Bizə bahalı layihələr yox, bünövrəsi sağlam qoyulan “binalar” lazımdı. Ümid edirik, AGİN-in proqram tərtibatçıları bu amili nəzərə alacaq, dövlət rəhbərliyi də proqramın qəbulundan sonra daha diqqətli olacaq, maliyyəyə nəzarətdə daha sayıq davranacaq, fırıldaqçıların deyil, zəhməti ilə ucalanların iş başında olmasına şərait yaradacaq. “Qarabağ”, “Qəbələ” kimi uğurlu modelləri nümunə götürərək…
 
FƏRİD
Reklam

Reklam


blank
Digər idman növləri2024-05-02 20:00

Azərbaycanlı cütlük “Prezident Kuboku”nda üçüncü oldu

blank
Dünya futbolu2024-05-02 19:37

Fransa klubunda baş məşqçi ayrılığı

blank
Ölkə futbolu2024-05-02 19:11

“Sabah” bu bölgələrdə 22 futbolçu seçdi – VİDEO

blank
I Liqa2024-05-02 18:54

“Qaradağ Lökbatan” və “Şamaxı”dan inamlı qələbə

blank
Dünya futbolu2024-05-02 18:36

Rusiya millisi üçün yeni rəqib

blank
Dünya futbolu2024-05-02 18:18

Benzema yenidən “Real”ın düşərgəsinə qayıtdı

blank
Digər idman növləri2024-05-02 17:59

Azərbaycanın daha bir idmançısı “Prezident Kuboku”nda medal qazandı

blank
Dünya futbolu2024-05-02 17:37

Millimizin sabiq üzvü “Əl-İttihad”la müqavilə bağladı

blank
Digər idman növləri2024-05-02 17:19

İlk dəfə kata üzrə Azərbaycan birinciliyi keçirilib

blank
Ölkə futbolu2024-05-02 17:00

Yüksək Liqada mövsümə yekun vuruldu

blank
Ölkə futbolu2024-05-02 16:43

Martinsdən təşəkkür: “Növbəti mövsüm daha yaxşı olacaq”

blank
Digər idman növləri2024-05-02 16:26

Azərbaycan avarçəkəni “Prezident Kuboku”nun qızıl medalını qazandı

blank
Digər idman növləri2024-05-02 16:09

Gəncədə Açıq Qərb Kuboku

blank
Müsahibə2024-05-02 15:51

Dodo “Qəbələ”yə kömək etmək istəyir: I Liqada da oynamağa hazırdır

blank
Digər idman növləri2024-05-02 15:34

Senna İmolada yad ediləcək

blank
Digər idman növləri2024-05-02 15:17

“Anadolu Efes”in baş məşqçisi məlum oldu

blank
Digər idman növləri2024-05-02 15:00

Abdullayeva Estoniyada “Prezident Kuboku”nun ən yaxşı hakimi seçildi

blank
Premyer-liqa2024-05-02 14:45

“Turan Tovuz” – “Zirə” oyununun biletləri satışda!

blank
Ölkə futbolu2024-05-02 14:31

Klublar Komitəsinin iclası keçirilib

blank
Dünya futbolu2024-05-02 14:16

Oblakın əvəzinə gürcü qapıçı

blank
Dünya futbolu2024-05-02 14:02

“Yuventus” onu İtaliyaya qaytarır

blank
Dünya futbolu2024-05-02 13:46

ÇL-də həftənin futbolçusu adına namizədlər müəyyənləşdi

blank
Digər idman növləri2024-05-02 13:30

“Həm hücumda, həm də müdafiədə aqressiv oyun sərgilədik”

blank
Digər idman növləri2024-05-02 13:12

“Neftçi” və “Xırdalan”ın pley-offda ikinci görüşü

blank
Dünya futbolu2024-05-02 12:57

Ranqnik “Bayern”dən imtina etdi

blank
Ölkə futbolu2024-05-02 12:40

“Bu qələbə komandaya özünəinam verəcək”

blank
Digər idman növləri2024-05-02 12:31

“Prezident Kuboku 2024” beynəlxalq reqatasında ikinci gün başlayır

blank
Digər idman növləri2024-05-02 12:23

Sensasiyalarla zəngin Madrid turniri

blank
Digər idman növləri2024-05-02 12:04

Avroliqanın rəmzi komandası açıqlandı

blank
Digər idman növləri2024-05-02 11:49

“Fənərbağça”dan mühüm qələbə, “Real” vəsiqəni təmin etdi

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm