Ölkə futbolu
Vaqif Cavadov özünə yeni klub tapdı
Azərbaycan yığmasının sabiq futbolçusu Vaqif Cavadovun kar…
Azərbaycan yığmasının sabiq futbolçusu Vaqif Cavadovun karyerasını hansı klubda davam etdirəcəyinə böyük ölçüdə aydınlıq gəlib. Futbolinfo.az xəbər verir ki, 28 yaşlı hücumçu “Keşlə”yə keçəcək.
Cavadov formasını bərpa etmək üçün bir müddət öncə paytaxt təmsilçisinin məşqlərinə qatılmışdı. Lakin tərəflər maddi məsələdə razılığa gələ bilmədikləri üçün Vaqif “Keşlə”nin düşərgəsini tərk etmişdi. Ancaq onun bu komandaya keçmək söhbəti yenidən gündəmə gəlib.
Hazırda tərəflər arasında danışıqlar aparılır. Məsələnin bu ayın sonuna kimi həllini tapacağı gözlənilir. “Keşlə” Cavadovla mövsümün sonuna qədər nəzərdə tutulmuş sözləşmə imzalamaq fikrindədi.
Albaniyanın “Kukesi” klubundan ayrılan Rauf Əliyevin də “Keşlə”yə keçmək variantı var. FİFA-nın qaydalarına əsasən, mövsüm ərzində 3-cü klubun formasını geyinmək mümkün olmadığından, təcrübəli hücumçunun çıxış yolu sabiq komandasına qayıtmaqdı. “Keşlə”nin məşqçilər korpusu da Raufla müqavilə imzalanmasına razıdı.
Qeyd edək ki, qış fasiləsində Məqsəd İsayev, Kamran Ağayev və Pablo Podio ilə anlaşan “Keşlə” rəhbərliyi əvəzində Elnur Abdullayev, Samir Zərgərov, İlkin Qırtımov və Mirsahib Abbasov kimi futbolçularla yolları ayırıb. (Apasport)
- Ölkə futbolu2024-04-30 09:15
“Qarabağ” Avropada 2-ci yeri bölüşdürür
- Ölkə futbolu2024-04-30 15:31
Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib
- Ölkə futbolu2024-04-29 20:00
“Baku Sportinq”dən növbəti darmadağın
- Dünya futbolu2024-04-29 18:32
Palladino iddialı komandadan dəvət gözləyir