Ölkə futbolu
Dani Alveş Bakıya gəlir?
PSJ-nin futbolçusu Dani Alveş Azərbaycana gəlir. Futbolinfo….
PSJ-nin futbolçusu Dani Alveş Azərbaycana gəlir. Futbolinfo.az xəbər verir ki, bu barədə məlumatı sabah.com.tr saytı yayıb.
Xəbərdə bildirilir ki, Braziliya millisinin müdafiəçisi “Hilton” oteldə təşkil ediləcək Yeni il tədbiri üçün Bakıya dəvət edilib. Ulduz futbolçu 2018-ci ili ölkəmizdə qarşılayacaq.
Dekabrın 31-də baş tutacaq şənliyin dəvətliləri arasında Türkiyənin məşhur siması – DJ Faruk Sabancı da var. O, bir gecədə səhnəyə çıxmaq üçün 40 min dollar alacaq.
Dani Alveşin Bakıya gələcəyi ilə bağlı məlumatın doğru olub-olmadığını öyrənmək üçün “Apasport” "Hilton" oteli ilə əlaqə saxlayıb. Otelin nümayəndəsi sözügedən saytın əməkdaşı ilə söhbətində bu informasiyanı təkzib edib.
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-25 17:10
Klublar çətin vəziyyətdə: AFFA yardımları dondurub