Dünya futbolu
Qırmızı vərəqə hakim ölümünə səbəb oldu – Meksikada
Meksikada futbolçu hakim ölümünə səbəb olub.
…
Meksikada futbolçu hakim ölümünə səbəb olub.
Futbolinfo.az xəbər verir ki, həvəskarların çempionatında hakim tərəfindən qırmızı vərəqə ilə cəzalandırılan futbolçulardan biri ona hücum edib. Referiyə ciddi xəsarət yetirən oyunçunun adı açıqlanmır.
Hücuma məruz qalan hakim – Xose Valdemar Ernandes Kapetilyo qarşılaşmadan sonra xəstəxanaya çatdırılıb. Lakin həkimlər bir həftə komada qalan referinin həyatını xilas edə bilməyiblər.
Hakimə ölümcül xəsarət yetirən futbolçu artıq həbs olunub.