Bizi izləyin

Müsahibə

Kərim Diniyev: “Yəqin "Kəpəz"i bu vəziyyətə biz salmışıq”

Yunis Hüseynovun istəyilə “Kəpəz”dən göndə…

blank

Yunis Hüseynovun istəyilə “Kəpəz”dən göndərilən Kərim Diniyev qol.az saytına müsahibə verib. 

Futbolinfo.az həmin müsahibəni təqdim edir:

– “Kəpəz”dən göndərilən 8 futbolçudan biri də sənsən. Qərarı necə qarşıladın?
– Dünən mənimlə birlikdə bir neçə futbolçuya məlumat verildi ki, Yunis Hüseynovun planlarında yoxsunuz. Hər şeyə görə təşəkkür etdik. Dedik ki, çox sağ olsunlar. Yəni, qərarı normal qarşıladıq.

– Belə bir şeyin olacağını gözləyirdin?
– Yox, gözləmirdim. Amma qərarı çox böyük emosiya ilə də qarşılamadım. Çünki futbol həyatında belə şeyi çox görmüşük. Başıma bu cür hadisələr gəlib. Komandadan ayrılmaq, göndərilmək kimi hadisələr olur. Birinci adam deyiləm ki, başına belə bir şey gəlsin. Normal hadisədir, baş məşqçi istəməyib, mən də ayrılmışam.

– Hələ Şahin Diniyevin istefaya göndərilib, Yunis Hüseynovun baş məşqçi təyin olunmasından sonra sənin də atan kimi komandadan göndəriləcəyinlə bağlı xəbərlər dolaşırdı. Amma hər dəfə Yunis müəllimə bu barədə sual verəndə, təkzib edir, səndən narazı olmadığını bildirirdi…
– Nə deyim, deyiləsi nə var? Hər şey bilinir. Belə qərar veribsə, deməli, bir ayın içində hər şey dəyişildi. Hörmətlə yanaşıram, Allah canlarını sağ eləsin.Problem yoxdur.

– Bu qərara görə baş məşqçidən incikliyin var?
– Qətiyyən yoxdur. Niyə inciməliyəm ki? İstəmirlər, istəməsinlər. Belə qərar veriblər, sağ olsunlar. Uğurlar arzu edirəm onlara. Heç bir inciklik ola bilməz.

– Səndən başqa, daha 7 futbolçu ilə yollar ayrıldı. Səncə, mövsümün ortasında bir komandadan 8 yerli oyunçunun göndərilməsi nə dərəcədə doğru addımdır?
– Komanda axırıncı yerdə gedirsə, deməli, elə belə də olmalıymış. Yəqin “Kəpəz”i bu vəziyyətə biz salmışıq. Komandadan göndərilməli futbolçular var imiş, onlar da göndərdilər. Bizdən əvvəl 3 nəfər də legioner futbolçu ilə yolları ayırmışdılar. Sonuncu pillədə olan komandadan bu qədər futbolçu getməlidir. Buna layiqdirlərsə, belə də olmalıdır.

– Onda belə çıxır ki, “Kəpəz”in başlıca problemi sən və göndərilən digər futbolçular imiş…
– Bunu zaman göstərəcək. Onda görəcəyik, problem kimdəymiş.

– Maraqlıdır, bu qərara atanın reaksiyası necə oldu?
– Heç nə, normal qarşıladı. Vaxtında onun da başına bu cür şeylər gəlib. Dedi,hər şey normaldır. Bu səhifə bağlandı. Yeni səhifə açıb, irəli baxmaq lazımdır.

– Qərar sənin üçün gözlənilməz olsa da, yəqin ki, Şahin Diniyev belə bir şeyin baş verəcəyini gözləyirdi. Çünki səndən daha təcrübəlidir…
– Nə yalan deyim, gözləyib-gözləmədiyi barədə söhbətimiz olmadı. Atamı bilmirəm, amma mən gözləmirdim. Yunis müəllimin açıqlamalarından sonra ayrılmağı düşünmürdüm. Dekabrın 14-ü oyunlar qurtardı. Yanvarın 2-nə kimi sakitçilik idi. Dedim, yəqin ayrılmaq söhbəti yoxdur. Çünki heç bir məlumat verilməmişdi. Bəzi sənədlər var idi, onlara qol çəkdik. Yəni, hər şey normal idi. Amma dünən eşidəndə, açığı, bir az gözlənilməz oldu. Amma dediyim kimi, qərarı qeyri-adi emosiya ilə qarşılamadım.

– Komandadan göndərilməyi özünə qarşı haqsızlıq hesab edirsən?
– Dünya bu günə qədər kimə lazım olan dəyəri verib ki, bizə də versin. Heç kimdən incimək lazım deyil. Sağ olsunlar. Deyəcək başqa sözüm yoxdur.

– Qış fasiləsində komanda tapmaq bir az çətin olur. Təkliflərin varmı?
– Düzdür, çətin olur. Sağ olsunlar, qış fasiləsində bizi klubsuz qoydular. Amma 3-4 günə yeni komanda ilə anlaşacam. 1-2 variant var. Yaxın günlərdə açıqlanar.

– Adın “Keşlə” ilə hallanır…
– İndi bu barədə danışmaq tezdir. 1-2 variantım var. Dəqiqləşsin, 2-3 günə açıqlanacaq. Onsuz siz məndən əvvəl bilirsiniz.

Reklam

Reklam


blank
Dünya futbolu2024-04-23 00:04

“Fənərbaxça” “Sivasspor”la matçda xal itirdi

blank
Digər idman növləri2024-04-22 23:13

MEDİA sosial şəbəkə istifadəçilərinə müraciət edib

blank
Digər idman növləri2024-04-22 23:00

Azərbaycanın üç boksçusu AÇ-də günü qələbə ilə başa vurdu

blank
Digər idman növləri2024-04-22 22:36

AÇ: Azərbaycan paraüzgüçüsü gümüş medal qazandı

blank
Digər idman növləri2024-04-22 21:43

Azərbaycan komandası dünya birinciliyində çıxışını başa vurub

blank
Digər idman növləri2024-04-22 20:38

“Azərreyl” ölkə çempionu oldu

blank
Ölkə futbolu2024-04-22 20:19

Lider əsas izləyicisini də məğlub etdi

blank
Dünya futbolu2024-04-22 20:00

“Barselona”nın futbolçusu üçün mövsüm başa çatdı

blank
Dünya futbolu2024-04-22 19:39

Daha 2 sabiq futbolçunun adı Premyer Liqanın Şərəf Zalına daxil edildi

blank
Digər idman növləri2024-04-22 19:18

Azərbaycan boksçusu AÇ-də erməni rəqibini məğlub etdi

blank
I Liqa2024-04-22 19:00

I Liqada növbəti 2 turun proqramı açıqlandı

blank
Əvəzedicilər2024-04-22 18:38

“Neftçi”nin əvəzediciləri xal itirdi, “Sabah-2” qələbə qazandı

blank
Dünya futbolu2024-04-22 18:19

“Udineze”də yeni baş məşqçi

blank
Dünya futbolu2024-04-22 18:01

“Borussiya” keçmiş əməkdaşını geri qaytardı

blank
Digər2024-04-22 17:48

Bakının namizədliyi irəli sürüldü – 2026-cı ildə dünyanın “İdman Paytaxtı” olmaq üçün

blank
Dünya futbolu2024-04-22 17:35

“Real”ın qələbəsini ulduzlar da qeyd etdi

blank
Ölkə futbolu2024-04-22 17:17

“Çox səhvlər etdik”

blank
Dünya futbolu2024-04-22 17:00

Millimizin üzvü “Dinamo”ya qarşı oynadı

blank
Dünya futbolu2024-04-22 16:46

Vinisius “el klasiko”larda ən çox qol vuran braziliyalı futbolçu oldu

blank
Digər idman növləri2024-04-22 16:30

Basketbol Liqasında müntəzəm mövsümün son turunun proqramı açıqlandı

blank
Dünya futbolu2024-04-22 16:14

“Real”ın futbolçusu “el klasiko”nun tarixinə düşdü

blank
Digər idman növləri2024-04-22 15:59

Azərbaycan millisi Avropa Kubokunda dördüncü oldu

blank
Digər idman növləri2024-04-22 15:45

Azərbaycan çempionatı keçiriləcək

blank
Digər idman növləri2024-04-22 15:30

Azərbaycan stolüstü tennisçiləri beynəlxalq yarışlara qatılacaqlar

blank
Digər idman növləri2024-04-22 15:16

MBA ilin nominantlarını açıqladı

blank
Digər idman növləri2024-04-22 15:00

MHL-də 1970-ci ildən bəri bir ilk

blank
Digər idman növləri2024-04-22 14:45

Şahmatda yeni dünya rekordu

blank
Dünya futbolu2024-04-22 14:31

Məşhur yapon Kurtua ilə bir yerdə oyun izlədi

blank
Digər idman növləri2024-04-22 14:17

Rıbakinanın uğuruna Tokayev də biganə qalmadı

blank
Ölkə futbolu2024-04-22 14:01

Yarımfinal oyunları canlı yayımlanacaq

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm