Bizi izləyin

Müsahibə

“Qış hazırlığından çox şey asılı olacaq”

Dekabrın 26-da keçirilən 14-cü turun oyunları ilə futz…

blank

Dekabrın 26-da keçirilən 14-cü turun oyunları ilə futzal üzrə Yüksək Liqada mövsümü yarılamış olduq və komandalar fevralın 15-dək fasiləyə yollandılar.

Futbolinfo.az xəbər verir ki, Azərbaycan Futzal Federasiyasının mətbuat xidməti son çempion, indiki lider “Araz”ın baş məşqçisi Joze Alesio Da Silvaya mövsümün geridə qalan hissəsi ilə bağlı suallar ünvanlayıb. Millimizi də çalışdıran braziliyalı mütəxəssisin fikirlərini təqdim edirik:

– Başa çatan 2 dövrə ilə bağlı hansı məqamları qeyd edərdiniz?
– Yüksək Liqada bu mövsüm çox maraqlı, gərgin oyunlar keçir. Xüsusilə də çempionata yeni qoşulan komandalar iddialı gəliblər və marağı artırıblar. Turnir cədvəlinin ilk 4 pilləsində yer alan komandalar çempion olmağa real namizəddir. Baxmayaraq ki, qış fasiləsinə “Araz” zirvədə yollandı və xal fərqini bir qədər artırdı, ancaq qarşıda hələ 2 dövrə var və komandalar bir-birilə 2 dəfə üz-üzə gələcək. Bu oyunlarda qeydə alınacaq nəticələr xal fərqinin azalmasına, müəyyən dəyişikliyin edilməsinə gətirib çıxara bilər. Cari mövsümdə məni sevindirən məqamlardan biri də medianın çempionata marağının artmasıdır. Artıq hər tur mərkəzi oyun CBC Sport televiziya kanalında canlı yayımlanır. Hətta bəzi oyunlar canlı yayımdan əlavə, digər günlərdə təkrar da göstərilir. İdman saytlarında nəticələrlə və turun təqvimi ilə bağlı xəbərləri oxumaq mümküdür. Təbii ki, bu da futzala marağın artmasına kömək edir. Yeri gəlmişkən, artıq 17 yaşadək futzalçılardan ibarət millinin bazası əsasında yaradılan komanda Birinci Liqada iştirak edir. Həmin komandada mütəmadi seleksiya işləri aparılacaq və gələcəkdə milliyə layiqli namizədlər toplaşacaq. Bu sadaladıqlarım cari mövsümdə görülən müsbət işlərdir.

– Komandadan kimlər göndəriləcək və hansı oyunçular heyətə cəlb ediləcəklər?
– Kimin gedəcəyini və kimlərlə yolumuza davam edəcəyimizi müəyyənləşdirmişik. Yayda komandaya cəlb edilən Maykon Da Silva, Qabriel Bastos və Karvalho dos Santos komandadan ayrılıb. Bildiyimə görə, Maykon Malta klubuna keçib. Çünki ona bu ölkənin komandasından dəvət var idi. Karvalho da başqa klubdan təklif alıb (artq müqavilə imzalayıb-red.). O, karyerasını yaya qədər Braziliyada davam etdirəcək. Övladı dünyaya gəldiyi üçün bu qərarı qəbul edib (Qeyd edək ki, İranda keçirilən beynəlxalq turnirə qatılan “stolba”nın çıxışı “Kayrat”ın seleksiyaçılarının diqqətini də cəlb edib. Buna görə də onun yayda Qazaxıstan çempionunun heyətinə keçəcəyi istisna deyil – red .) Qabrielin də başqa komandadan dəvəti var. Təbii ki, komandadan ayrılan futzalçıların yerini mütləq şəkildə doldurmalıyıq. Çempionata “Yasamal”ın heyətində başlayan Reza Toloui bir müddətdir ki, bizimlə birgə məşq edir. Onu məşq prosesinə cəlb etməkdə məqsədim “Araz”ın oyunçularının arasında özünü necə göstərməsini izləməkdir. “Yasamal”da oynayan zaman çıxışını diqqətdə saxlayırdım, meydanı görmək, dərhal qərar vermək qabiliyyəti var. Yenə deyirəm, güclülərin arasında da onu yoxlamaq istədim. Üstəlik, heç bir klubla müqaviləsi yoxdu, azad agentdi. Onunla bağlı qərarımızı fasilə bitdikdən sonra verəcəyik. Bir yerli oyunçunu da gözaltılamışam. Onun transferini həll etməyə çalışacağıq. İndi adını çəkmirəm, çünki klubu ilə razılıq əldə etməliyik. Bu futzalçılardan başqa, daha bir müdafiəçi transfer edəcəyik. Çünki arxa xətdə oynayacaq futzalçımız azdır.

– Fasilə müddətində hazırlıq planları müəyyənləşibmi (komanda nə vaxt məşqləri bərpa edəcək, məşqləri harda keçirəcək və s. )?
– Qış fasiləsini Bakıda keçirəcəyik. Yanvarın 6-da və ya 7-də məşqləri bərpa edəcəyik. Ənənəvi olaraq toplanışa fiziki hazırlıqla başlayacağıq. Fiziki hazırlıq dövründə əsasən Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionundan istifadə edəcəyik. Məşqlərimizin bir qismini isə Bakı İdman Sarayında keçəcəyik. Hazırlıq prosesinin bir hissəsi millinin toplanışı ilə üst-üstə düşəcək. Onda “Araz”ın oyunçularının milli ilə birgə məşqlər keçməsinə çalışacağıq. Ümumiyyətlə, qış hazırlığından çox şey asılı olacaq. Kim fasilədən yaxşı istifadə edə bilsə, ikinci yarıda bunun faydasını görəcək.

– Arxada qalan 2 dövrənin birinci və ikinci “dördlüy”ünə kimləri daxil edərdiniz?
– Mən oyunları həm də millinin baş məşqçisi kimi izləyirəm və diqqətimi cəlb edən oyunçuları nəzarətdə saxlayıram. Qış fasiləsinə qədər mənim üçün ən yaxşı “5-lik” – qapıda Rövşən Hüseynli, müdafiədə Rizvan Fərzəliyev və Eduardo Borges, hücumda isə Maykon da Silva və Karvalho dos Santosdan ibarətdir. İkinci “5-liy”im isə tamamilə yerli oyunçulardan qurulub və EKOL-un üzvləri üstünlük təşkil edir. Bu dəfə qapıda Emin Kürdovu görürəm. Çempionatın bombardiri Renat Sultanov, Ramiz Çovdarov, Samir Həmzəyev və Namiq Məmmədkərimov isə meydan oyunçuları kimi şans verirəm.

Reklam

Reklam


blank
Dünya futbolu2024-04-23 10:34

İnzaqi Mourinyonu ötdü, ikisi qaldı

blank
Milli komanda2024-04-23 10:17

U-17-nin ilk oyunu

blank
Digər2024-04-23 10:00

MİSLİ ilə qazan!

blank
Digər idman növləri2024-04-23 09:45

Azərbaycan çempionatının qalibi müəyyənləşir

blank
Dünya futbolu2024-04-23 09:30

Gürcüstan ÇL-in finalına ev sahibliyi etmək istəyir

blank
I Liqa2024-04-23 08:52

“Karvan” növbəti oyuna hazırlaşır

blank
Ölkə futbolu2024-04-23 08:35

II Liqada 24-cü turun oyun cədvəli bəlli oldu

blank
Digər idman növləri2024-04-23 08:17

Azərbaycan parataekvondoçuları Qubada hazırlıq keçirlər

blank
Ölkə futbolu2024-04-23 08:00

“Səbail” “Sabah”a uduzsa…

blank
Dünya futbolu2024-04-23 01:26

“Sevilya”dan çətin qələbə

blank
Dünya futbolu2024-04-23 01:14

“İnter” – çempion!

blank
Dünya futbolu2024-04-23 00:15

Diniyevlə Şeydayev Türkiyədə qarşılaşdılar

blank
Dünya futbolu2024-04-23 00:04

“Fənərbaxça” “Sivasspor”la matçda xal itirdi

blank
Digər idman növləri2024-04-22 23:13

MEDİA sosial şəbəkə istifadəçilərinə müraciət edib

blank
Digər idman növləri2024-04-22 23:00

Azərbaycanın üç boksçusu AÇ-də günü qələbə ilə başa vurdu

blank
Digər idman növləri2024-04-22 22:36

AÇ: Azərbaycan paraüzgüçüsü gümüş medal qazandı

blank
Digər idman növləri2024-04-22 21:43

Azərbaycan komandası dünya birinciliyində çıxışını başa vurub

blank
Digər idman növləri2024-04-22 20:38

“Azərreyl” ölkə çempionu oldu

blank
Ölkə futbolu2024-04-22 20:19

Lider əsas izləyicisini də məğlub etdi

blank
Dünya futbolu2024-04-22 20:00

“Barselona”nın futbolçusu üçün mövsüm başa çatdı

blank
Dünya futbolu2024-04-22 19:39

Daha 2 sabiq futbolçunun adı Premyer Liqanın Şərəf Zalına daxil edildi

blank
Digər idman növləri2024-04-22 19:18

Azərbaycan boksçusu AÇ-də erməni rəqibini məğlub etdi

blank
I Liqa2024-04-22 19:00

I Liqada növbəti 2 turun proqramı açıqlandı

blank
Əvəzedicilər2024-04-22 18:38

“Neftçi”nin əvəzediciləri xal itirdi, “Sabah-2” qələbə qazandı

blank
Dünya futbolu2024-04-22 18:19

“Udineze”də yeni baş məşqçi

blank
Dünya futbolu2024-04-22 18:01

“Borussiya” keçmiş əməkdaşını geri qaytardı

blank
Digər2024-04-22 17:48

Bakının namizədliyi irəli sürüldü – 2026-cı ildə dünyanın “İdman Paytaxtı” olmaq üçün

blank
Dünya futbolu2024-04-22 17:35

“Real”ın qələbəsini ulduzlar da qeyd etdi

blank
Ölkə futbolu2024-04-22 17:17

“Çox səhvlər etdik”

blank
Dünya futbolu2024-04-22 17:00

Millimizin üzvü “Dinamo”ya qarşı oynadı

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm