Ölkə futbolu
“Qəbələ” Türkiyədə ilk məşqə çıxdı
Bu gün Türkiyəyə yollanan “Qəbələ” 2017/18 …
Bu gün Türkiyəyə yollanan “Qəbələ” 2017/18 mövsümünün ikinci yarısının hazırlığına start verib.
Futbolinfo.az xəbər verir ki, komanda Antalyada təşkil olunan təlim-məşq toplanışına axşam hazırlığı ilə başlayıb. Toplanışın 1-ci günündə “qırmızı-qaralar”ın ilk məşqi baş tutub. Roman Qriqorçukun rəhbərliyi altında keçirilən hazırlıq prosesində həm toplu, həm topsuz çalışmalara üstünlük verilib.
Hazırlıq prosesində gənc oyunçular – qapıçı Əmrah Zülfüqarlı, müdafiəçi Faiq Hacıyev, yarımmüdafiəçi Abbas Ağazadə də iştirak ediblər. Əvəzedici heyətdən cəlb olunan oyunçular ilk dəfə əsas komanda ilə toplanışa qatılıblar. Zədə səbəbindən uzun müddət komandadan ayrı düşən Dion Malone də kollektivə qoşulub. O, ilk məşq günündə komandadan ayrı hazırlıq keçib.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?